Mobil versiya
"Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat daxilolma qeydə alınıb" - Nazir
Tarix: 22-06-2022 | Saat: 11:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat daxilolma qeydə alınıb" -

Cari ilin ötən dövründə makroiqtisadi proqnozlar üzrə, o cümlədən dövlət və icmal büdcələrin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub.

aia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərkən deyib.

Nazir bildirilib ki, bu ilin ilk 5 ayı ərzində ölkədə 50,9 milyard manat, o cümlədən qeyri-neft sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub.

"Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb. Ötən müddətdə dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 28 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025