Mobil versiya
Qırğızıstan “Putinin ittifaqı”na daxil oldu
Tarix: 12-08-2015 | Saat: 12:15
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Təntənəli mərasim baş tutub.

Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) birləşdirilməsi çərçivəsində Qazaxıstan respublikasının sərhəddində avqustun 12-də təntənəli şəkildə gömrük nəzarətinin postlarının götürülməsi mərasimi keçirilib.

“Bu gündən Qırğızıstan Aİİ-nin üzv ölkələri kimi öz mallarını, xidmətlərini, kapital və işçi qüvvəsini sərbəst şəkildə hərəkət etdirə biləcək”, - qırğız hakimiyyətinin başçısı Temir Sariyev bildirib.

Qırğızıstanın Aİİ-yə daxil olması barədə müqavilə keçən ilin dekabr ayında Ali Avrasiya İqtisadi Şuranın Moskvada keçirilən iclasında imzalanıb.

May ayının 22-də Qırğızıstan respublikanın tərkibinə artıq Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın daxil olduğu ittifaqa birləşdirilməsinə dair beynəlxalq müqavilələrin ratifikasiyasını başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024