AZ RU Mobil versiya
"Qəbələ"nin prezidenti: "İki futbolçu transfer edəcəyik"
Tarix: 20-06-2022 | Saat: 10:40
Bölmə:İdman | çapa göndər

"Qəbələ"nin prezidenti: "İki futbolçu transfer edəcəyik"

"Potensial rəqiblər müəyyənləşəndən sonra hansı komandanın düşməsinin fərqi yox idi. Hamısı yaxşı, gücləri aşağı-yuxarı bir-birinə yaxın klublar idi".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan Macarıstan "Fehervar"ı barədə danışarkən deyib.

Funksioner kifayət qədər köklü və təcrübəli komanda ilə qarşılaşacaqlarını bildirib: " Macarıstan çempionatının səviyyəsini nəzərə alsaq, görərik ki, işimiz çox çətindir. Rəqibin heyətində yüksək keyfiyyətə malik oyunçular var. Bütün bunlara baxmayaraq, mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Təlim-məşq toplanışının yeni başladığını söyləyən Nəcəfov komandanın tam komplektləşmədiyini əlavə edib: "Komandadakı ab-hava barədə suala oyunöncəsi cavab verməyimiz daha məntiqli olar. Bununla bağlı açıqlamanı da baş məşqçinin özü verər".

O, yeni transferlərin gözlənildiyini gizlətməyib: "Heyətdə bəzi çatışmazlıqlar var. Yəqin ki, iki futbolçu transfer edəcəyik. Bunun üzərində iş gedir. Namizədlər var, amma hələ dəqiq heç nə yoxdur. Yay pəncərəsini çox güman ki, iki transferlə yekunlaşdıracağıq. Heyətin özəyini tam qorumağa çalışdıq. Bizdən asılı olmayan səbəbdən iki futbolçu getdi. Yerlərini daha yaxşıları ilə dolduracağıq".

Nəcəfovun sözlərinə görə, büdcənin böyük hissəsini AFFA təmin edəcək: "Amma yenə də bəzi işlərimizi görəcək müəyyən sponsorlarla danışıqlar aparırıq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6540 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2022