Mobil versiya
“Şuşa Bəyamnaməsi” mühüm əhəmiyyətə malik tarixi müqavilədir
Tarix: 17-06-2022 | Saat: 09:28
Bölmə:Siyasət | çapa göndər

“Şuşa Bəyamnaməsi” mühüm əhəmiyyətə malik tarixi müqavilədir

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



15 iyun 2021 ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdogan tərəfindən imzalanan “Şuşa Bəyamnaməsi” Ölkələrimiz və xalqlarımız üçün çox mühüm tarixi əhəmiyyət kəsb edən sənəd olmaqla yanaşı,həmçinin region üçün xüsusi önəm daşıyan tarixi hadisədir. Türkiyə Azərbaycan dostlugu, qardaşlıgı dərin köklərə, milli dəyərlərə söykənir. Artıq bütün dünya qəbul edir ki, Türkiyyə - Azərbaycan dostlugunu- qardaşlıgını heç bir qüvvə, heç bir kənar təsir sarsıda bilməz. Yüz il bundan əvvəl imzalanan Qars müqaviləsinin varisi sayıla bilən”Şuşa Bəyamnaməsi” dövlətlərimiz arasında çoxşaxəli əlaqələri və müttəfiqliyi bir daha rəsmləşdirdi.”

Azərbaycanın sevinci- sevincimiz, kədəri kədərimizdir” deyən böyük Mustafa Kamal Atatürkün tarixi ifadəsi ilə Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin” Türkiyyə - Azərbaycan bir millət, iki dövlətdir” - tarixi ifadəsinin tamamıydı “Şuşa Bəyamnaməsi”.
“ şuşa Bəyamnaməsi” iki dövlət arasındakı müttəfiqlik sazişi olmaqla yanaşı, həmçinin regionda sülhün- əminamanlıgı təmin olunmasına dəstək verəcək böyük əhəmiyyətə malik tarixi müqavilədir.Hər iki dövlətin və xalqın sülhsevərliyi isə bu əminamanlıgın qarantıdır. Regionda və dünyada gedən gərgin proseslərlərdə istər Türkiyə, istərsə də Azərbaycan dövlətini barışdırıcı mövqedən çıxış etmələri, münaqişələrin nizamlanmasında xüsusu təsir imkanlarının sərgilənməsi deyilənlərin təsdiqi sayıla bilər.

Beynəlxalq münaqişələrin tənzimlənməsində nüfuzlu dövlətlərin rolunun önəm kəsb etdiyini nəzərə alsaq iki qardaş dövlətin bu mənada rolunu müəyyənləşdirə bilərik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024