Mobil versiya
NATO Rusiya sərhədlərinə qoşun yığır
Tarix: 19-05-2016 | Saat: 10:08
Bölmə:Gündəm | çapa göndər



NATO-nun şərq sərhədlərində batalyonların yerləşdirilməsi təklif edilib. Belə bir təkliflə təşkilatın baş katibi Yens Stoltenberq çıxış edib.

O deyib ki, hələ əsgərlərin sayı və batalyonların yerləri barədə heç bir qərar qəbul edilməyib. NATO-nun batalyonlar yerləşədirmək istədiyi şərq sərhədlərinə Rusiya da çox sayda hərbi qüvvə toplayıb. Ölkənin müdafiə naziri Sergey Şoyqu bildirib ki, rəsmi Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasına qarşı 3 yeni hərbi diviziya yaratmağı planlaşdırır.

Yeni bölüklərin ikisi Rusiyanın qərb sərhədlərində, biri isə cənub sərhədlərində qurulacaq. Hərbi bölüklərin bu ilin sonuna kimi yaradılması nəzərdə tutulur. Bölüklərin hər birində 10 min əsgər olacaq və bölüklər avtomatik silahlarla təchiz olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024