Mobil versiya
Tahir Budaqov: Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi və siyasi cəhətdən yaxın ölkələr yoxdur
Tarix: 15-06-2022 | Saat: 14:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tahir Budaqov: Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi və siyasi cəhətdən yaxın ölkələr yoxdur

“Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun - Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz qürur və iftixar hissi yaşadır, gələcəyə inamla və ümidlə baxmağa, Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.

“İnkaredilməz həqiqətdir ki, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi və siyasi cəhətdən yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Ölkələrimiz arasında münasibətlər istənilən siyasi hadisə, məsələ və prosesin fövqündədir”, - deyə T.Budaqov bildirib.

YAP Sədrinin müavini qeyd edib ki, bugünkü reallıqlar ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda öz təsdiqini tapmasını əks etdirir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025