BMT Baş Assambleyasının sədri Prezident İlham Əliyevə təşəkkür etdi
Tarix: 13-06-2022 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər

BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
AİA.Az Trend-ə istinadən bildirir ki, Abdulla Şahid iyunun 13-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib.
A.Şahid Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-05-2025