Mobil versiya
Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verildi - FOTO
Tarix: 18-05-2016 | Saat: 19:20
Bölmə:Gündəm | çapa göndər

Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verildi - FOTO





Mayın 18-də Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.

aia.az Xidmətin saytına istinadən məlumat verir ki, tədbir çərçivəsində Penitensiar Xidmət və Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.

Tədbirin sonunda ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlara həbsxana ərazisində yaradılmış müasir standartlara cavab verən meydançada arzu etdikləri vaxt ərzində voleybol oynamaq imkanı yaradılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5578 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-07-2020