Mobil versiya
Novruz Aslanovun səyyar qəbulları davam edir - FOTOLAR
Tarix: 10-06-2022 | Saat: 10:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruz Aslanovun səyyar qəbulları davam edir -

Millət vəkili Novruz Aslanovun kəndlərdə səyyar qəbulları davam edir. Belə qəbullar əksər hallarda rayon İcra Hakimiyyətinin başçısı ilə birgə təşkil olunur. Növbəti belə qəbul İsmayıllı rayonunun Bizlan kəndində keçirilib.

aia.az xəbər verir ki, iyunun 9-da keçirilən səyyar qəbulda sakinləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, bir çox məsələlərə dair yerli struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda RİH-nin məsul əməkdaşları, yerli idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. Millət vəkili regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən söhbət aşıb. Belə qəbulların digər kəndlərdə də davam edəcəyi vurğulanıb. Sakinlərlə keçirilən belə görüşlər mövcud problemlərin həllinə öz töhfəsini verir.

Sakinlərin təklifləri nəzərə alınaraq, problemləri nəzarətə götürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025