Mobil versiya
Süleyman Dəmirəl dəfn edildi
Tarix: 20-06-2015 | Saat: 16:40
Bölmə:Siyasət / Manşet | çapa göndər


Türkiyənin IX prezidenti Çalçatəpədə torpağa tapşırılıb.

Bu gün Türkiyənin IX prezidenti Süleyman Dəmirəl dəfn edilib.

Aia.az -ın APA-ya istinadən verdiyi məlumatına görə, S. Dəmirəlin cənazəsi dünən Ankarada Türkiyə Böyük Millət Məclisində və Kocatəpə məscidində təşkil olunan mərasimdən sonra yük təyyarəsi ilə İspartaya gətirilib.

Təyyarəyə “Türk Ulduzları” və iki ədəd F-16 qırıcı təyyarənin müşayiəti ilə İspartada S. Dəmirəlin öz adını daşıyan hava limanına enib. Təyyarə hava limanına endikdən sonra qırıcı təyyarələr dörd dəfə hava limanı üzərində sayğı uçuşu keçirib. S. Dəmirəlin cənazəsi İsparta küçələrindən və adını daşıdığı universitetin önündən keçirilərək anadan olduğu İspartanın Atabəy rayonunun İslamköy kəndində morqa qoyulub. Küçələrdən keçərkən yol kənarında dayanan ispartalılar onun tabutunun üzərinə gül ləçəkləri səpiblər.

S. Dəmirəlin üçün bu gün nənəsinin adını daşıyan Şəhriban Xatun məscidində günorta namazından sonra cənazə namazı qılınıb. Daha sonra S. Dəmirəlin cənazəsi anıt məzar yeri olaraq müəyyən edilən İslamköydəki Çalçatəpədə torpağa tapşırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024