Mobil versiya
Azərbaycan enerji sahəsində Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib
Tarix: 07-06-2022 | Saat: 17:49
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan enerji sahəsində Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib


XX əsrin sonunda müstəqilliyinə qovuşmuş Azərbaycan zaman-zaman həyatın bütün sahələrində dinamik inkişaf etmişdir və 44 günlük Vətən müharibəsindən sonra daha geniş tərəqqi və müasirləşmə yolunda inamla və sürətlə irəliləyir. Bu irəliləyişin əsası Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi və böyük uzaqgörənliklə işləyib hazırladığı inkişaf strategiyasıdır. Bu gün həmin inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı regionda etibarlı enerji təminatçısı kimi tanıdır. Qeyd edək ki, iyun ayının 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasim ilk dəfə 1994-cü il mayın 24-də mərhum prezident Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Məhz həmin vaxt keçirilən sərgi Azərbaycanın neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur.

Qeyd etməliyik ki, Gənc və müstəqil olan Azərbaycan dövləti zəngin neft-qaz yataqlarına malik olsa belə geniş biznes dairələri bundan xəbərsiz idi. 1994-cü ildən bu günə qədər bir çox iri neft-qaz lahiyələri həyata keçirilməsinə baxmayaraq Azərbaycana qarşı maraq günü-gündən daha da artır. Ölkə Prezidenti mərasimdə çıxışı zamanı bir çox mühüm amilləri qeyd etdi. 2006-cı ildə “Şahdəniz”dən qaz hasilatının başlanması və Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə verilməsilə Azərbaycan yeni qaz təchizatı mənbəyi kimi diqqət mərkəzinə gəldi. Keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır. Cənab Prezident Azərbaycanın Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilməyi barədə geniş məlumat verdi. Ölkə başçısının enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. 2011-ci ildə Avropa Komissiyası ilə imzalanan "Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə" Avropa İttifaqı ilə əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu. Cənab Prezident Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd edib ki, “Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”. Regionda baş verən hadisələri nəzərə alsaq biz görərik ki, “Cənub Qaz Dəhlizi” layihəsi olduqca vacibdir. Prezident cənab İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın tranzit ölkə kimi də yüksək potensiala malik olmasına diqqət çəkdi. Ölkəmiz digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan maksimum dərəcədə istifadə oluna bilər. Eyni zamanda, paralel olaraq, biz neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal iş aparılır.

Bir sözlə Azərbaycanın enerji sahəsində Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilməsi onun gücünün, qüdrətinin və düşünülmüş siyasətin məntiqi nəticəsidir.


Şahlar Məmmədov,
YAP Göygöl rayon təşkilatı uzrə Gəncə Regional Qaz İstismar İdarəsinin Göygöl Xidmət Sahəsi ərazi partiya təşkilatının sədri
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024