Mobil versiya
Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq
Tarix: 31-05-2022 | Saat: 18:07
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Bu layihə üzrə təməlqoyma mərasimi 2021-ci ilin aprelin 26-da keçirilmişdi. Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” , “Ağıllı şəhər” konsepsiyaları asasında bərpa olunacaq.

Cənab Prezident İlham Əliyevin çıxışında dediyi kimi “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq.Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.

Möhtərəm Cənab Prezident açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir. İlk növbədə qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edən cənab Prezident bildirmişdir ki, Müstəqillik Günü ərəfəsində bu tədbirin keçirilməsinin böyük rəmzi mənası var. Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsindən aslı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xöşbəxt yaşaması üçün əsas amildir. 104 il bundan əvvəl öz müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas olmalı idi. Lakin, o dövrün siyasi reallıqları yenicə qurulmuş bir dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu. Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və Azərbaycan bu problemləri həll etmək gücündə deyildi. Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.

Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədir bilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq. Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.

Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.

Şahzadə Qəhrəmanlı,
Qazax-Tovuz Regional Təhsil İdarəsi
Gədəbəy rayon Təhsil sektorunda, aparıcı məsləhətçi fəal gənc
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024