Mobil versiya
İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, yaxın günlərdə bütün arzular gerçəkləşəcək, soydaşlarımız öz yurd-yuvalarına qovuşacaqlar
Tarix: 31-05-2022 | Saat: 17:35
Bölmə:Siyasət | çapa göndər

İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, yaxın günlərdə bütün arzular gerçəkləşəcək, soydaşlarımız öz yurd-yuvalarına qovuşacaqlar

Məlum olduğu kimi, postmüharibə dövrünün yaratdığı reallıqlar hazırda ölkəmizin qarşısında mühüm çağrışlar müəyyənləşdirməkdədir. Praqmatik siyasət kursuna malik olan Azərbaycan postmüharibə mərhələsində öz gündəliyini məhz yeni reallıqlara və çağırışlara adekvat olaraq müəyyənləşdirib. Azərbaycan Respublikasının İlham Əliyevin müəyyənləşdirilən hədəflərlə bağlı özünün aydın baxışlarını ifadə etməsi isə onu deməyə əsas verir ki, ölkəmiz indiki starteji mərhələdə də böyük uğurlara imza atmaqdadır.

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımız yenidən qurulur, işğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. İşğaldan azad olunan ərazilərin iqtisadi potensialı da kifayət qədər böyükdür. Təsadüfü deyil ki, Prezident İlham Əliyev işğaldan azad olunan əraziləri “yaşıl enerji” zonası elan edib. Zəngilanda həyata keçirilən “Ağıllı kənd” layihələri, eyni zamanda digər ərazilərimizdə quruculuq bərpa işlərinin həyata keçirilməsi, şəhərlərin Baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər bir daha onu deməyə əsas verir ki, doğma Qarabağımızın cənnətə çeviriləcəyi tarix yaxın günlərdədir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı bir sıra vacib məqamlara da yenidən toxunub. Dövlət başçısı XX əsrin əvvlərində müstəqilliyimizin bərpa olunmasını böyük tarixi hadisə hesab edərək qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi daim qəlbimizdə əbədi olaraq yaşayacaq. Ancaq təəssüflər olsun ki, birinci respublika çox yaşaya bilmədi, süqut etdi. 1992-ci ilin oktyabrında Azərbaycan Respublikası müstəqilliyini bərpa etsə də, əsl müstəqillik tariximiz 1993-cü ildən, xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonrakı dövrlə başlayıb. Məhz Ulu Öndərin hakimiyyətə yenidən qayıdışından sonra qısa müddət ərzində ölkəmiz iqtisadi və siyasi sabitlik dövrünə qədəm qoyaraq tarixinin şanlı səhifəsini yazıb. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilir.

Prezident, eyni zamanda Vətən müharibəsi zamanı qazandığımız tarixi zəfərimizə də toxunaraq deyib ki, bu müharibə həm gücümüzü, həm də mənəvi keyfiyyətlərimizi bariz şəkildə sübut etdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə yeksan etməmişik. Müharibədə öz qələbimizi şərəf və ləyaqətimizlə qazanmışıq. Dövlət başçısı qeyd edib ki, hazırda postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Qarşıda isə ən vacib məsələ Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Çünkü sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir.

Azərbaycan xalqının bundan sonra müzəffər xalq kimi yaşayacağını vurğulayan ölkə başçımız bildirib ki, biz bu müharibədə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, həm də tarixi ədaləti, milli ləyaqtəmizi bərpa etdik. Qarşıda isə hədəflərimiz “Böyük qayıdış” prosesinə start verməkdir ki, bu proses də artıq başlayıb, işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri sürətlə davam edir. Təbii ki, birinci mərhələdə hər rayonda ilk növbədə bərpa işləri aparılacaq kəndlər seçilib.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri surətlə davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin ərazilərə tez-tez baş çəkir, görülən işlərlə yaxından tanış olur və lazımi tapşırıq və tövsiyələr verir. Artıq “Böyük qayıdış” dediyimiz prosesə start verilib. Birinci pilot layihə məhz Zəngilanda, Ağalı kəndində icra edildi. Bir il bundan əvvəl inşaat işləri başlanan yerdə indi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

İcra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, altı və dörd zolaqlı avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.

Beləliklə dövlət başçımızın işğaldan azad olunan ərazilərə hər səfəri xalqımızda böyük inam yaradır. Bu da bizə elə bir əminlik hissi aşılayır ki, yaxın günlərdə bu arzular gerçəkləşəcək, bütün soydaşlarımız öz yurd-yuvalarına tezliklə qovuşacaqlar.



Eşqin Ocaqverdiyev,
YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya tşkilatının sədri
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024