Mobil versiya
Azərbaycan xalqı öz tarixi torpaqlarına sahiblik edir
Tarix: 31-05-2022 | Saat: 10:43
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqı öz tarixi torpaqlarına sahiblik edir



Məlum olduğu kimi, bu günlərdə işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kənd sakinləri ilə görüşüb, kənd meydanı ilə tanış olublar. Qeyd edək ki, kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.

Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib ki, “Böyük qayıdış” prosesinə start verilib və “Böyük qayıdış”ın birinci kiçik addımı atılır: “Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik”.

Dövlət başçısı onu da xatırladıb ki, işğaldan azad edilmiş bütün ərazilərinin bərpası asan məsələ deyil: “Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar”.

28 May – Müstəqillik Günü ərəfəsində Zəngilana səfərini böyük rəmzi mənası olduğunu vurğulayan dövlət başçısı müstəqillik və azadlığın nə qədər öməmli olduğunu bu günlərdə xalqımızın bir daha şahid olduğunu söyləyib: “Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq”.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti Qarabağda tarix yazmaqda davam edir. Azad edilmiş ərazilərimiz sıfırdan qurulur, sürətlə bərpa edilir. Bu tarixi proseslərə şahidlik etmək, azad Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını izləmək Azərbaycan xalqına böyük qürur verir. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağıllı kənd” layihəsinin işğaldan azad olunmuş ərazilərdə tətbiqi “Böyük qayıdış” proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq.

Ona görə ki, işğaldan azad edilən ərazilərdə bütün işlər Azərbaycan Prezidentinin ciddi nəzarəti altında, mərkəzləşdirilmiş qaydada, sürətlə və ən müasir texnologiyalar əsasında aparılır. Bu onun göstəricisidir ki, şəhərlərimiz, kəndlərimiz necə böyük qəhrəmanlıq və qətiyyətlə işğaldan azad edilibsə, eyni əzm və həvəslə də yenidən qurulur. Buna görə də birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına sahiblik edir.

Gülnarə Həsənova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd
ərazi partiya təşkilatının sədr müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə