Mobil versiya
Gülnar Əmrahova: “Böyük Qayıdış”ın başlanğıcı Müstəqillik Gününə ən dəyərli töhfədir
Tarix: 31-05-2022 | Saat: 10:21
Bölmə:Siyasət | çapa göndər

Gülnar Əmrahova: “Böyük Qayıdış”ın başlanğıcı Müstəqillik Gününə ən dəyərli töhfədir

Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlət quruculuğu prosesi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək fədakarlıqla, əzmkarlıqla davam etdirilir. Dövlət Başçımızın 19 illik rəhbərliyi sayəsində siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim etmişdir. Zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü və müdrik siyasəti nəticəsində bu gün iqtisadi inkişafına görə dünyada Lider mövqeyindədir. Sözlə əməlin vəhdətinə əsaslanan Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir. Dünya dövlətləri içərisində ölkəmizin nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, dünyanın aparıcı dövlətləri, xüsusilə qonşu ölkələrlə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi göz önündədir. Beynəlxaq təşkilatların 30 ilə yaxın müddətdə həll edə bilmədiyi Qarabağ münaqişəsini dünya şöhrətli Prezidentimiz xalqımızın sarsılmaz birliyi, Müzəffər Ordumuzun gücü ilə 44 günə həll etdi. Doğma ata – baba torpaqlarından aralı düşən insanların yurd həsrətinə son qoyuldu. Prezidentimiz özünün uzaqgörən siyasəti, diplomatik məharəti nəticəsində qısa müddətdə Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirərək bölgədə yeni reallıqlar yaratdı. Dövlət Başçımız həm bölgənin təhlükəsizliyinin təminatının, həm də inkişaf prespektivlərinin müəyyənləşdirilməsində Liderlik missiyasını çox uğurla gerçəkləşdirdi.

May ayının 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində Azərbaycann tarixində böyük əhəmiyyətə malik olan bir tədbir keçirildi. 28 may Dövlət Müstəqilliyi Günü ərəfəsində Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə keçirilən açılış mərasimini “Böyük Qayıdış” prosesinin başlanğıcı hesab etmək olar. Bu eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin sürətlə davam etdirilməsinin göstəricisidir. İlk pilot layihə olaraq burada 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər göstəriləcəkdir. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da iki mərtəbəli və üç mərtəbəli yaşayış binalarından ibarət olacaqdır. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında belə layihələrin həyata keçirilməsi ondan xəbər verir ki, işğaldan azad edilmiş bütün torpaqlarımız tezliklə çiçəklənən bir diyara çeviriləcəkdir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa - quruculuq, tikinti, abadlıq işlərini görəndə hər bir Azərbaycanlı qürur hissi keçirir. Vaxtilə həmin ərazilərdə yaşamış insanların sevincini isə sözlə ifadə etmək mümkün deyildir. Həmin görüşdə də ayrı – ayrı çıxışlar zamanı hər kəs bunun şahidi oldu. Açılış mərasimində diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın “Salam doktor” platforması üzərindən əhaliyə xidmət göstərən xaricdə yaşayan Azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbətləri oldu.

Prezidentimiz Ağalı kənd sakinlərilə görüşdə qeyd etdi ki, “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”.

Yaxın tarix göstərir ki, dünyada iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan isə tam müstəqildir, heç kimdən asılı deyildir. Özü öz taleyinin sahibidir. Ölkəmizin siyasi və iqtisadi müstəqilliyi imkan verir ki, Azərbaycan daha da inkişaf etsin, güclü bir dövlətə çevrilsin. Əminik ki, çox yaxın zamanlarda biz bunun əyani şahidi olacağıq!

Gülnar Əmrahova
YAP Qazax rayon təşkilatı 2 saylı tam orta məktəb
ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024