AZ RU Mobil versiya
YAP Samux rayon təşkilatında 28 May - Respublika Gününə həsr edilmiş “Şanlı tarix – şanlı respublika” mövzusunda tədbir keçirildi - FOTOLAR
Tarix: 26-05-2022 | Saat: 12:22
Bölmə:Siyasət | çapa göndər

YAP Samux rayon təşkilatında 28 May - Respublika Gününə həsr edilmiş “Şanlı tarix – şanlı respublika”  mövzusunda tədbir keçirildi

26 May 2022-ci il tarixdə YAP Samux rayon təşkilatında 28 May - Respublika Gününə həsr edilmiş “Şanlı tarix – şanlı respublika” mövzusunda tədbir keçirildi.

YAP Samux rayon təşkilatının Gənclər Birliyinin fəal üzvlərinin iştirak etdikləri tədbiri YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, ilk öncə tədbir iştirakçılarını 28 May Respublika Günü münasibətilə təbrik etdi. O, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən G.Bayramov müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ulu öndər Heydər ƏIiyevin əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırdı.

Sonra, YAP Samux rayon təşkilatının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri Aytən Məmmədova, Vidadi İsayev, Raminə Həsənova, Svetlana Məmmədova və Ramin Bayramov 28 may 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını söyləyərək, mövcud olduğu 23 ay ərzində Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olunduğunu, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanındığını, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verildiyini, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, nizami milli ordunun, təhlükəsizlik strukturlarının yaradıldığını diqqətə çatdırdılar.

Natiqlər 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edildiyini və bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə ümummilli lider Heydər Əliyevin bütün ideyalarının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədilər.

aia.az
[xfvalue_fotolar image="4"] [xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

577 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022