AZ RU Mobil versiya
"Hökümət bahalaşmanın qarşısını almalıdır" - Aqil Abbas
Tarix: 26-05-2022 | Saat: 12:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Hökümət bahalaşmanın qarşısını almalıdır" -

“Dünyada ərzaq qıtlığı yaranıb. Rusiya-Ukrayna müharibəsinə görə vəziyyət bütün dünyada çətindir. Ölkəmizdə də durum kritikdir. Bunun qarşısını almaq üçün qəti tədbirlər görülməlidir. Hökümət bu istiqamətdə qəti addımlar atmalıdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Aqil Abbas bildirib.

Deputat qeyd edib ki, bahalaşmanın qarşısının alınması ilə bağlı iqtisadçılar bir araya toplaşmalı və çıxış yolu tapmalıdırlar:

“Kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlər görülüb. Subsidiyalar verilir, fermerlər gübrə ilə təmin olunur, heyvandarlıq inkişaf etdirilir. İstənilən nəticə əldə olunmur. Çünki heç nə birdən-birə baş verə bilməz. Heç bir ölkə də bütün məhsulları özü istehsal edə bilməz. ABŞ və Avropa ölkələri də daxil olmaqla, hamı hansısa məhsulu başqa ölkələrdən alır”.

A.Abbasın sözlərinə görə, hansısa məhsulun istehsalı üçün iri zavodlar, texnikalar lazımdır, bu isə olduqca baha başa gəlir:

“Lakin sexlər tikilə bilər. Bundan əlavə, hektardan məhsuldarlığı artırmaq olar. Azərbaycan 80% növ məhsulla özünü təmin edə bilər. Əkin sahəsini yox, məhsuldarlığı artırmaqla, ölkəyə cins toxumlar gətirməklə qismən də olsa bahalaşmanın qarşısını almaq olar. Mən uzun illər kənd təsərrüfatı sahəsində işləmişəm, bu işlərə yaxşı bələdəm. Əvvəllər Ağdam rayonunda taxıl əkərdin, qulluq etsən 50 sentner, etməsən 40 sentner məhsul götürərdin. İndi isə cəmi 30 sentner taxıl əldə edirlər. Bu qədər texnikalar var, inkişaf gedir. Qeyd etdiyim kimi, mütləq məhsuldarlığı artırmağın yollarını tapmaq lazımdır. Bunun üçün də mütəxəssis lazımdır”.

Deputat vurğulayıb ki, bizim ən mübit torpaqlarımız Qarabağ ərazisindədir:

“Vaxtilə Rusiyanı çaxırla təmin edən Ağdam, Füzuli torpaqları minalardan təmizlənməlidir. Ağdam ildə 150-200 ton üzüm istehsal edirdi. Bundan əlavə, orda 10-dan çox şərab istehsal edən zavod var idi. İndi bunları etmək mümkün deyil. Minaların təmizlənməsi, orda zavodların tikilməsi elə 10 il vaxt tələb edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

578 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2022