Mobil versiya
İlham Əliyev: İstərdik, UNESCO-nun nümayəndələri də azad olunmuş ərazilərdə ermənilərin törətdikləri dağıntıları gözləri ilə görsünlər
Tarix: 20-05-2022 | Saat: 17:36
Bölmə:Siyasət | çapa göndər

İlham Əliyev:

Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər.

aia.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycanın uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə ISESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. Prezident İlham Əliyev qeyd etdi ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında ISESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025