Mobil versiya
Elmar Məmmədyarov Ermənistandakı aksiyalardan DANIŞDI
Tarix: 18-05-2022 | Saat: 15:40
Bölmə:Siyasət | çapa göndər

Elmar Məmmədyarov Ermənistandakı aksiyalardan

"Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə mitinqlərin olduğu vaxtda müxtəlif ölkələrə səfər edirsə, demək bu məsələdə rahatdır, ona nə isə təhlükənin olduğunu düşünmür".

Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib. Sabiq nazir bildirib ki, aksiyada iştirak edənlərin sayının elə də çox olmadığı görünür:

"O baxımdan bu aksiyalar Ermənistan hökumətini təzyiq altına sala bilməz. Mitinqlərdə hərbçi və polislərin hansı tərəfdə olmasına baxmaq lazımdır. Ermənistan polisi tam şəkildə Paşinyan hökumətinin kontrolu altındadır. Ola bilər ki, Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı danışıqlarda onlar aksiyaların olduğunu deyib hansısa şərtləri çıxartmaq istəyərlər. İnanmıram ki, Azərbaycan tərəfi onu qəbul etsin. Bu aksiyalar Paşinyan hakimiyyətinə böyük təzyiq deyil", - deyə E.Məmmədyarov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024