Mobil versiya
Xalqımız döyüş meydanındakı rəşadəti bərpa işlərində də göstərir
Tarix: 16-05-2022 | Saat: 12:38
Bölmə:Siyasət | çapa göndər

Xalqımız döyüş meydanındakı rəşadəti bərpa işlərində də göstərir

Xalqımız döyüş meydanında göstərdiyi rəşadəti quruculuq-bərpa işlərində də nümayiş etdirir. Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə mədəniyyətimizin paytaxtı Şuşaya səfər etməsi həm oğul, həm də dövlət başçısı kimi varislik ənənələrinə, edilən vəsiyyətə, verilən sözə, içilən anda sədaqətin növbəti təzühürü kimi dəyərləndirilməlidir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Prezident İlham Əliyevin “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısındakı müraciətini şərh edən millət vəkili dövlət başçısının qısa nitqində yaxın tariximizə ayna tutulduğunu, tarixi həqiqətlərin ardıcıllıqla dilə gətirildiyini vurğulayıb:

“Cənab Prezident öz müraciətində Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ən çətin anlarında onun yanında olduğunu, xalqımızı, dövlətimizi böyük bəlalardan xilas etdiyini vurğuladı. Bu gün nail olduğumuz nəticələrin, qazandığımız Zəfərin, bizi böyük qələbəyə aparan yolun hər qarışında Heydər Əliyevin izi var. Qarabağı azad görmək Ümummilli Liderin böyük arzusu idi və bu arzu onun siyasi və mənəvi varisinin rəhbərliyi altında gerçəkliyə çevrildi. İndi Azərbaycan xalqının hər bir təmsilçisi alnıaçıq, üzüağ yaşayır, Qalib xalqın nümayəndəsi kimi özünə, dövlətinə əminliklə irəli doğru baxır”.

A. Kərimli qeyd edib ki, bu gün Şuşada və işğaldan azad etdiyimiz digər ərazilərdə görülən işlərin miqyasına baxanda, dövlətimizin gücünə, dövlət başçımızın qətiyyətinə, Vətənə olan sevgisinə, xalqımızın iradəsinə heyran qalmamaq mümkün deyil:

“Bu gün Qarabağ dirçəlir, hər gün inkişafla bağlı yeni addımlar atılır, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Şəhərlər, kəndlər yenidən qurulur. Dövlətimiz, xalqımız döyüş meydanında göstərdiyi əzmi, rəşadəti quruculuq-bərpa işlərində də nümayiş etdirir”.

Deputat Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalından da söz açıb və qeyd edib ki, xarıbülbül Şuşanın, bütövlükdə Qarabağımızın azadlığını, şəhidlərimizin xatirəsini, qələbəmizi simvolizə etdiyi kimi, “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı da azad etdiyimiz yurd yerlərimizə qayıdışımızı, böyük mədəniyyətimizin Zəfərini əks etdirir:

““Xarıbülbül” Beynəlxalq Folklor Festivalı böyük mədəniyyət hadisəsidir və Azərbaycan xalqınının bəşəri dəyərlərə, geniş dünyagörüşünə sahib olduğunun göstəricisi, milli olduğu qədər bəşəri olan mədəniyyətimizin təzahürüdür. Şübhə etmirəm ki, qarşıdakı illərdə Festivala qatılan ölkələrin sayı getdikcə artacaq, “Xarıbülbül” Musiqi Festivalı dünyanın bütün xalqlarının mədəniyyətlərini, folklorunu öz ağuşuna alan qlobal hadisəyə çevriləcəkdir”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024