Mobil versiya
Kamran Bayramov: "Xarıbülbül" festivalı zəfərimizin təntənəsidir
Tarix: 13-05-2022 | Saat: 13:07
Bölmə:Siyasət | çapa göndər

Kamran Bayramov: "Xarıbülbül" festivalı zəfərimizin təntənəsidir

“Şuşa Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən biri də Şuşa şəhəridir. Təsadüfi deyil ki, hətta, xalq arasında da, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlayarlar"deyilir. Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də, Vətən savaşı zamanı müsahibələrinin birində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi.Bu mənada, Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalı kimi ənənəvi tədbirlərin yenidən bərpa olunması böyük əhəmiyyətə malikdir.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, otuz il ərzində düşmən əsarətində qalan Azərbaycan torpaqları kimi xarı-bülbül də qəfəsdən çıxıb, azaddır. O bu gün Azərbaycanın qələbə rəmzinə çevrilib. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı ilk dəfə Şuşa şəhərində məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Cıdır düzündə keçirilən festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib. Şuşada füsunkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında keçirilən "Xarıbülbül" Musiqi Festivalı əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında möhtəşəm mədəniyyət tədbirlərindən biri sayılıb. Bu gün də Şuşada keçirilən tarixi festivalın əvvəlki şöhrətinə qovuşması xalqımız üçün xüsusilə qürurverici bir hadisədir. K.Bayramov vurğulayıb ki, Festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirməklə yanaşı dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərməsilə də əhəmiyyətlidir. Deputat diqqətə çatdırıb ki, artıq tarixi ədalət bərpa olunub, işğal altında olan torpaqlar əsl sahibinə qayıdıb. Hazırda həmin ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını da əhatə edir. Kamran Bayramov sonda onu da əlavə edib ki, beynəlxalq əhəmiyyətli tədbirlərin Şuşada keçirilməsi ölkə başçısının hərbi və diplomatiya sahəsində əldə etdiyi möhtəşəm qələbəsinin mədəniyyət sahəsində davamıdır.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024