Mobil versiya
Nəqliyyatda Baş Polis İdarəsinin şöbə rəisi işdən azad edildi
Tarix: 16-05-2016, 11:58 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Nəqliyyatda Baş Polis İdarəsinin şöbə rəisi işdən azad edildi

Daxili işlər orqanlarında daha bir təyinat olub

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovniki Məmməd İsmayılov tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R. Usubov iki gün əvvəl daha 4 rayonun polis rəislərini dəyişdirib. Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.



5836 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

03-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}