Mobil versiya
Azərbaycanda xəstələr üçün elektron növbə sistemi qurulacaq
Tarix: 16-05-2016 | Saat: 10:54
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda xəstələr üçün elektron növbə sistemi qurulacaq


Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində (MOM) xəstələrin qeydiyyata alınması üçün elektron növbə sistemi qurulacaq.

Aia.az xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, mərkəzin yeni tkilən 7 mərtəbəli diaqnostika poliklinika-qəbul korpusu yaxın günlərdə istifadəyə veriləcək: "Poliklinikada elektron qeydiyyat sistemi qurulacaq və poliklinika istifadəyə verildikdən sonra bu sistemin tətbiqinə başlanılacaq. Poliklinikada "Asan xidmət"də olduğu kimi, elektron xidmət yaradılacaq. Yəni, müraciət edən xəstə elektron düyməni basaraq növbə alacaq və daha sonra növbəsini gözləməyə başlayacaq. Bu xəstələrin həkimlərin qəbuluna növbəsiz keçməsinin də qarşısını alacaq".

A.Kərimli deyib ki, mərkəzdə həm də xəstələrin xəstəlik tarixçələrinin elektronlaşdırılması nəzərdə tutulur: "Hazırda xəstəlik tarixçələrinin elektron arxivinin yaradırılması istiqamətində iş aparılır".

Baş onkoloq deyib ki, mərkəzdə elektron qeydiyyat sistemi və elektron arxiv qurulduqdan sonra 9 Rayonlarası Onkoloji Dispanserin də bu elektron sistemə qoşmaq planlaşdırılır: "Bu sistem vasitəsilə biz onlarla mütəmadi olaraq, əlaqə saxlaya bilərik. Biz onda xəstələrin diaqnostikalarının, müalicələrinin gedişatına, həkimlər tərəfindən onların düzgün aparılıb-aparılmamasına nəzarət edə biləcəyik".

Baş onkoloq hazırda MOM-un Sumqayıt, Qusar, Mingəçevir, Şəki, Gəncə, Ağcabədi, Şirvan, Lənkəran və Naxçıvan şəhərlərində Rayonlarası Onkoloji Dispanserinin olduğunu bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024