Mobil versiya
Arıqlamağa kömək edən 7 QİDA
Tarix: 15-05-2016 | Saat: 21:41
Bölmə:Media | çapa göndər

Arıqlamağa kömək edən 7 QİDA





Arıqlamağa cəhd göstərən insanlar bilir ki, bu heç də asan iş deyil. Diyetoloqlar xəbərdarlıq edir ki, aclıq bu işdə ən pis köməkçidir. Aia.Az saglamolun.az-a istinadən bildirir ki, aclıq zamanı orqanizm qənaət rejiminə keçir ki, orqanizmdə gedən mübadilə prosesləri ləngiyir və insan daha asta arıqlayır.

Digər tərəfdən aclıq zamanı orqanizmdə xüsusi qoruyucu mexanizm işə salınır ki, pəhriz qurtardıqdan sonra orqanizm sürətlə ehtiyatları yığmağa başlayır ki, bu da pəhriz zamanı itirilmiş kiloların artıqlamasılə qayıtmasına səbəb olur.

Beləliklə, arıqlamaq istəyirsinizsə, ac qalmayın. Düzgün seçilmiş qidalar sizə həm arıqlamağa, həm də özünü tox hiss etməyə kömək edəcək. Bu qidalar arasında:

1. Yumurta

Səhər yeməyi zamanı yumurta yeyən insanlar daha uzun müddət ərzində tox qalır. Təbii ki, arıqlamaq istəyənlər yumurtanı qızardılmış halda deyil, bişmiş halda yeməlidir.
2. Toyuq əti
Yağsız toyuq əti də arıqlamaq istəyənlər üçün əla seçimdir. Zülallarla zəngin olan toyuq əti tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır.
3. Yulaf yarması ("gerkules")
Bu faydalı məhsul da arıqlamağa çox yaxşı kömək edir. Hər səhər 1 boşqab "gerkules" yeyin. Sıyığın dadını yaxşılaşdırmaq və həmçinin faydasını artırmaq üçün ona kişmiş, xırda doğranmış ərik qurusu, istənilən giləmeyvələri və s. əlavə edə bilərsiniz.
1 boşqab belə sıyıq həm insanı tox saxlayır, həm də orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir ki, bu da arıqlamağa kömək edir.
Təbii ki, sıyığa yağ və şəkər tozu əlavə olunmur.
4. Tərəvəz salatları
Tərəvəzlərdə kalorilər azdır, lakin qidalı liflər çoxdur. Bu isə toxluq hissinin tez yaradılmasına və eyni zamanda arıqlamağa kömək edir.
5. Lobya, noxud, mərci
Qidalı liflərlə və zülallarla zəngin olan paxlalılar azkalorilidir, tez toxluq hissi yaradır və arıqlamağa kömək edir.
6. Meyvələr
Arıqlayanlayanlar üçün ən yaxşı meyvələr seçimi: turş alma, armud, portağal, ananas, naringi, qarpız, albalı, çiyələk, moruq.
7. Su
Maraqlıdır ki, insanın beyni susuzluğa və aclığa eyni siqnal verir. Bu səbəbdən susuz insan fikirləşir ki, acdır və yemək yeyir. Beləliklə, aclıq hiss edirsinizsə, belə bir sadə eksperiment aparın - böyük stəkan su için. Əgər bundan sonra aclıq hissi yox olubsa, deməli siz düz yoldasınız. Aclıq hissi 10-20 dəqiqədən sonra qalıbsa, yemək yeyin.
Artıq çəkidən azad olmaq istəyən insan gün ərzində 8 stəkan təmiz su içməlidir. Su orqanizmi təmizləyir, mübadilə proseslərini və arıqlamağı sürətləndirir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024