Mobil versiya
İşğaldan azad olunan torpaqlarımıza Prezident İlham Əliyevin diqqəti və xüsusi nəzarəti ilə yeni həyat bəxş olunur
Tarix: 06-05-2022 | Saat: 18:24
Bölmə:Siyasət | çapa göndər

İşğaldan azad olunan torpaqlarımıza Prezident İlham Əliyevin diqqəti və xüsusi nəzarəti ilə yeni həyat bəxş olunur


Məlum olduğu kimi, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə davam edir. Görünən həm də odur ki, quruculuq işləri getdikcə kompleks xarakter alır. 2020-ci ilin noyabrından etibarən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası olduqca əzəmətlidir. İşğaldan azad olunan torpaqlarımıza Prezident İlham Əliyevin diqqəti və xüsusi nəzarəti ilə yeni həyat bəxş olunur. Hətta bu ərazilər artıq kənd təsərrüfatına da cəlb edilir, əkin-biçin işləri aparılır.

Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bərpa və quruculuq işləri ilə bağlı dövlətimizin prioritetlərini açıqladı, qarşıda duran vəzifələri və icrası yaxın vaxtlarda başa çatacaq layihələri diqqətə çatdırdı. Beləliklə, Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Horadizdən Zəngilana qədər olan və Zəngəzur dəhlizinin əsas komponentini təşkil edəcək dörd və altı zolaqdan ibarət olan avtomobil yolunun isə hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq. Horadizdən Ağbəndə gedən dəmir yolu da gələn il tam istismara hazır olacaq.

Qeyd edək ki, Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və onların əsasında bəzi infrastruktur layihələrinin və yaşayış məhəllələrinin təməli qoyulub. O cümlədən Şuşa şəhərində genişmiqyaslı bərpa işləri davam edir. Hər bir rayonda kəndlərin də bərpası planlı şəkildə bərpa ediləcək. İlham Əliyev kəndlərin bərpası ilə də bağlı danışaraq bu istiqamətdə tapşırıqlarını diqqətə çatdırdı. Prezidentin bu məsələdə vurğuladığı məqamlardan biri ondan ibarət oldu ki, bu sahədə işlər kortəbii yox, planlı və sistemli şəkildə aparılmalı, bərpa ediləcək hər bir kəndin Baş planı olmalıdır: "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq".

Qarabağ və Zəngəzurun bərpasında diqqəti çəkən əsas məqamlardan biri isə quruculuq işlərinin ən müasir texnoloji əsaslarla, smart, "ağıllı" konsepsiyalar çərçivəsində həyata keçirilməsidir. Ümumiyyətlə, "ağıllı kənd" təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Kənddə bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcəklər. O cümlədən evdaxili mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulub. Bütün bunlar üçün kənddə elektron idarəetmə mərkəzləri inşa edilib. Ən əsası, azad edilmiş ərazilərdə enerji infrastrukturunun yaradılması da innovativ həllər əsasında həyata keçirilir. Belə ki, yeni inşa olunan yarımstansiyalarda Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış sistem yaradılıb. Yeni yarımstansiyaların "Azərenerji"nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.

Həmçinin azad olunmuş ərazilərdə Rəqəmsal Yarımstansiya layihəsi də uğurla icra olunur. Ötən il Füzulidə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Zəngilanda isə Rəqəmsal Yarımstansiyanın təməli qoyulub. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Ən əsası, "Yaşıl enerji" mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.


Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025