Mobil versiya
Azərbaycanın beynəlxalq əhəmiyyətli tərəfdaş kimi mövqeyi mühüm əhəmiyyətə malikdir
Tarix: 02-05-2022 | Saat: 15:06
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın beynəlxalq əhəmiyyətli tərəfdaş kimi mövqeyi mühüm əhəmiyyətə malikdir

Aprelin 29-da ölkəmiz Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq foruma ev sahibliyi etdi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan baxımından olduqca əhəmiyyətlidir. Aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası hələ ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda irəli sürülmüşdü. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və dövlətimizin başçısı isə bu təklifi müsbət qiymətləndirmişdi. Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhəri üçün xüsusi əhəmiyyətlidir. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.Beynəlxalq konfransda cənab Prezident bir daha Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və artıq sülh sazişinin imzalanmasının vaxtının çatdığını bəyan edib. Dövlətimizin başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. “Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, - deyən Prezident cənab İlham Əliyev sülhün və əməkdaşlığın erməni tərəfi üçün də faydalı olduğunu diqqətə çatdırıb.[/b

Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcək. Ermənistanın müharibəyə qədərki və ondan sonrakı dövrdə apardığı siyasətinin mahiyyətini tanınmış qonaqlar vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırmaq çox vacib və əhəmiyyətli idi və ölkəmizin Prezidenti bunu yüksək səviyyədə etməyi bacardı. Prezident İlham Əliyev bu çətin vəzifəni özünün geniş məlumatlara sahib olması, regional və beynəlxalq siyasətə dərin bələdçiliyi, savadlı auditoriya ilə işləmək və Azərbaycanın vəziyyətini hər tərəfdən dəqiq görmək qabiliyyəti sayəsində icra edə bildi.

Prezident cənab İlham Əliyev 44 günlük müharibədəki hərbi-siyasi qələbəmizlə yanaşı postmüharibə reallıqlarını Ermənistana və daha geniş dairələrə qəbul etdirmək yönündə siyasətimizin uğurlarını da əla təqdim etdi. Xarici qonaqlar bir daha gördülər ki, Ermənistan bu gün sülh gündəmini məhz Azərbaycanın düzgün və təsirli siyasəti altında qəbul edib. Konfrans iştirakçıları gördülər ki, davamlı sülhün şərti heç də hansısa mifik həmsədrliklərin vasitəçiliyində və ya danışıqların uzadılmasında yox, məhz məlum 5 sülh təklifindədir. Çox maraqlı məqamlardan biri də Ermənistanın həqiqətən müstəqil ölkəyə çevrilməsini təmin edən siyasət gündəminin təqdim edilməsidir. Azərbaycan Prezidenti Ermənistanın özündən güclü qonşulara qarşı ərazi iddiaları, təcavüz niyyətləri ilə yaşamasını onun özünün bütün uğursuzluqlarının və iflasının əsas səbəbi kimi təqdim etdi. Azərbaycan Prezidenti Ermənistanın postmüharibə reallıqlarını qəbul etməkdə pozucu və ləngidici siyasətini inandırıcı məntiq və faktlarla sübut etdi. Dünya alimləri və siyasətçilər bir daha gördülər ki, Ermənistan saziş və delimitasiya prosesinin başlanmasına yenə mane olur və bu prosesə hazır deyil. Ermənistanın tək Azərbaycanla yox, regionda üçtərəfli əməkdaşlıq formatlarına da hazır olmadığı nümayiş etdirildi.

Azərbaycanın regionun gələcəyi ilə bağlı planları əsasında Prezident cənab İlham Əliyevin 10 ildən sonrakı mənzərəni necə gördüyünə diqqəti yönəldib: " 10 ildən sonra Azərbaycan daha da güclü olacaq, Ermənistanla olan anlaşılmazlıqlar və problemlər öz həllini tapacaq. Üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq əlaqələri qurulacaq. Azərbaycan regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan ilə üçtərəfli əməkdaşlıqda daim mühüm rol oynayıb. Yeni əməkdaşlıq formatlarının qurulmasında və inkişafında da mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə kimi Azərbaycan liderliyi öz üzərinə götürəcək. Təbii ki, bir çox məsələlər Ermənistanda bundan sonrakı proseslərdən, bu ölkə hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq."

Azərbaycan bu gün tarixi reallıqlar yaradır. Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır. Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən Cənab Prezident İlham Əliyev hamını, o cümlədən Ermənistan xalqını və rəhbərliyini reallıqları qəbul etməyə çağırıb. Məhz bu zaman qarşılıqlı əməkdaşlıq qurulacaq regionun inkişafı sürətlənəcəkdir.

[b]Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024