Mobil versiya
Könül Nurullayeva AŞPA-da “Sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik” mövzusunda çıxış edib
Tarix: 29-04-2022 | Saat: 10:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

Könül Nurullayeva AŞPA-da “Sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik” mövzusunda çıxış edib

Milli Məclisin deputatı Könül Nurullayeva Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında “Sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik” mövzusunda çıxış edərək fikir və təkliflərini bölüşüb.

K.Nurullayeva çıxışı zamanı ilk olaraq vurğulayıb ki, dünyada baş verən münaqişələr gender bərabərliyinin inkişafına mane olur, mülki qadınlar isə qaçılmaz olaraq ayrı-seçkilik və hədə-qorxuların qurbanına çevrilirlər. Daha sonra, münaqişələrdən əziyyət çəkən qadınların qarşılaşdığı çətinliklərin aradan qaldırılması və onların qərarların qəbulu proseslərində iştirakının təmin olunması məqsədilə Azərbaycan hökuməti tərəfindən Milli Fəaliyyət Planının hazırlandığını qeyd edib.

Diqqətinizə çatdıraq ki, millət vəkili Könül Nurullayeva çıxışının sonunda gündəlikdəki bu problemin həll olunması istiqamətində təkliflərini irəli sürüb. Sülh təhsili mərkəzlərinin təşkilinin, effektiv ədalət mexanizmlərinin və insan hüquqları üzrə milli institutların yaradılmasının vacibliyindən bəhs edən K.Nurullayeva, bu yolla sülh barışığı prosesində ədalətin təmin ediləcəyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024