Mobil versiya
Cavanşir Paşazadə: Diaspor nümayəndələrimizin həmrəyliyi haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynayır
Tarix: 27-04-2022 | Saat: 11:12
Bölmə:Siyasət | çapa göndər

Cavanşir Paşazadə: Diaspor nümayəndələrimizin həmrəyliyi haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynayır

Azərbaycan dövlətinin gündən-günə inkişafı daxili və xarici siyasətinin möhkəm zəmin üzərində qurulmasının, düzgün strategiyanın həyata keçirilməsinin nəticəsidir. Ölkənin xarici siyasətdəki uğurları bir tərəfdən xarici diplomatiyadakı fəaliyyətidirsə, digər tərəfdən ölkənin diasporunun inkişafı və möhkəmləndirilməsi ilə bağlıdır. Xarici ölkələrdəki diaspor təşkilatlarının, eyni zamanda, dünya azərbaycanlıların bu təşkilatlar ətrafında vahid formada birləşməsi, ölkəmizin qüdrətinin dünya miqyasında daha güclü tanınmasına xidmət edir. Azərbaycanın diaspor nümayəndələrinin birliyi və həmrəyliyi haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynayır. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara kömək məqsədilə və Azərbaycanın təblığatı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işinin daha da təkmilləşdirilməsi barədə xüsusi qərarlar verib. Son 4 ildə 31 ölkənin əhatə etdiyi 14 koordinasiya mərkəzinin yaradılması dövlətimizin xarici diaspor sahəsində əldə etdiyi uğurlarıdır. Bundan əlavə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün Qarabağ - Azərbaycan məktəblərinin təsis edilməsi, eyni zamanda, həmin uşaqların yad ölkədə yaşamalarına baxmayaraq, Ana dillərini mənimsəməsi dövlətimizin xaricdəki ən böyük uğurudur.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlıların V Qurultayının işğaldan azad olunmuş Şuşa şəhərində keçirilməsi bir növ Azərbaycan dövlətinin, onun xalqının, bütövlükdə xaricdə yaşayan bütün azərbaycanlıların 30 illik torpaq həsrətində əldə etdiyi uğurlarıdır.

Xalqımızın Vətən müharibəsində vahid birlik nümayiş etdirdiyini vurğulayan deputat deyib: “Düşmən əsarətində olan torpaqlarımız Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsində 44 günə geri qaytarıldı. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”. Həmin vaxt 17 ildən sonra yetişdi. Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Bəli, bu ağır missiyanı Prezident İlham Əliyev uğurla həyata keçirməklə, Azərbaycanın dünya dövlətləri içərisində güclü söz sahibi olmasını təmin etdi”.

Cavanşir Paşazadə vurğulayıb ki, bu uğurları qoruyub saxlamaq bundan sonra da hər bir azərbaycanlının şərəf borcu olmalıdır. Bu istiqamətdə diaspor nümayəndələrimizin sıx birləşməsinə, təşkilatlanmasına daha çox ehtiyac vardır. Xaricdə yaşayan hər bir azərbaycanlı özünü bir növ Azərbaycan xalqının həmin ölkədəki səfiri hesab etməlidir. Diplomatik korpusun nümayəndələri, səfirlərimiz həmin ölkələrdə Azərbaycanı və onun xalqını necə təbliğ edirlərsə, diaspor təşkilatlarının üzvləri də o cür fəaliyyət göstərməlidirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024