Mobil versiya
Zəfərə gedən yolun təməl daşı
Tarix: 26-04-2022 | Saat: 17:30
Bölmə:Siyasət | çapa göndər

Zəfərə gedən yolun təməl daşı

Azərbaycan dövləti Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirdi. Qurultayın adı Zəfər qurultayı idi, bu Qurultay tarixi Zəfərdən sonra ilk dəfə dünya azərbaycanlılarının toplaşdığı məkan oldu.

Ərazi bütövlüyümüzün təmin edilməsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, zəfər uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü. Şanlı ordumuzun şücaəti ilə 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli, müzəffər Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi. Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin məntiqi davamı, Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş meydanında təcəssümü idi. PUA-sız, topsuz, mərmisiz, Azərbaycan əsgərlərinin igidliyi, mərdliyi ilə Şuşanın azadlığı əməliyyatı isə bu zəfərin kulminasiyası nöqtəsi kimi İkinci Qarabağ müharibəsi tarixinin şərəfli bir səhifəsinə çevrildi.

Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Məqsədyönlü təmkin, hər addımın hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi Tarixi Zəfər üçün zəmin yaratdı. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanın­da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mü­barizlik, müdriklik rəmzinə çevrildi.

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi etdi. Şuşada dünyada yaşayan azərbaycanlılar öz Vətənlərində bir araya gəldilər.

Tarixi qələbə qazandığımız ikinci Qarabağ müharibəsində də diasporamızın uğurlu fəaliyyəti Azərbaycanın haqq savaşına öz töhfəsini verdi. Həm lobbiçilik, həm diaspor istiqamətində atılan addımlarla ikinci Qarabağ müharibəsində Azərbaycan diasporunun bütün nümayəndələri Ali Baş Komandanın ətrafında "dəmir yumuruq" kimi birləşməyi bacardı.

Əminə Ağazadə
Milli Məclisin deputatı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024