Mobil versiya
Trampa ''immiqrant şapalağı'' vurula bilər
Tarix: 14-05-2016 | Saat: 14:26
Bölmə:Siyasət | çapa göndər

Trampa ''immiqrant şapalağı'' vurula bilər






ABŞ president seçkilərinə altı ay qalıb. Bəzi immiqrantların müdafiə qrupları bacardıqları qədər daimi yaşayış icazəsi olanların seçki günündən öncə vətəndaşlıq alıb səsvermə hüququna sahib olmalarına yardım etmək üçün kampaniya başladırlar.

Aia.Az amerikanınsesi.org-a istinadən bildirir ki, təşkilatçıların dediyinə görə, məqsəd azı bir milyon "yaşıl kart" sahibinin - daimi yaşayış hüququna malik insanların bu il vətəndaş olmasını təmin etməkdir. Bu, bütün ölkə boyu aparılan "Stand Up To Hate" - "Nifrətə Qarşı Ayağa Qalx" adlı kampaniyanın bir hissəsidir. Təşkilatçılar bu kampaniyanın son aylar prezidentliyə namizədlərin, əsasən Respublikaçılar partiyasının ehtimali namizədi Donald Trampın seçki kampaniyalarında dilə gətirdiyi ritorikaya cavab olaraq yaradıldığını deyirlər. Təşkilatçıların dediyinə görə, onlar latino və immiqrant icmalarında vətəndaşların sayını artırmaq istəyirlər,

2016-cı il seçkilərində rekord sayda 27,3 milyon latinonun səs verəcəyi gözlənilir. Pew Araşdırmalar Mərkəzinin yanvar ayında dərc etdiyi təhlildə onların 44 faizinin gənc nəsli təmsil etdiyi bildirilir. Təhlildə həmçinin qeyd edilib ki, 2012-2016-cı illər arasında təxminən 3,2 milyon ABŞ vətəndaşı olan latino 18 yaşına çatıb, səsvermə hüququna sahib olacaqlar. Pew latino seçicilərin onillər boyu demokrat namizədə üstünlük verdiyini də bildirib.

Çərşənbə günü fəallar deyib ki, ilik ilk üç ayı ərzində vətəndaşlıq üçün müraciət edənlərin sayı 14,5 faiz artıb və onlar bu rəqəmin daha da yüksək olacağını ehtimal edir. Onlar bunun səbəbi olaraq Trampın latino və digər immiqrantlarla bağlı söylədiyi mənfi rəyləri görürlər. Son Gallup rəy sorğusunun nəticələri Trampın 77 faiz hispaniklər tərəfindən bəyənilmədiyini göstərir.

Trampın Meksikanı "cinayətkar və təcavüzçülərin" qeyri-qanuni yollarla ABŞ- daxil olamalarına icazə verməkdə ittiham etməsi latinoların qəzəbinə səbəb olub. Tramp seçilsə, sərhəddə hasar inşa etdirəcəyini, hasarın xərclərini isə Meksikaya ödətdirəcəyinə söz verib. O, həmçinin deyib ki, prezident olduğu təqdirdə qeyri-qanuni immiqrantlar ABŞ-dan geri göndəriləcək. Hazırda ABŞ-da təxminən 11 milyon qeyri-qanuni immiqrant yaşayır. Dekabr ayında, Parisdə baş verən terror hücumlarından sonra isə Tramp müsəlmanların Birləşmiş Ştatlara daxil olmalarının qadağan edilməsinə çağırıb.

Stand Up To Hate bildirir ki, onlar son iki ay ərzində vətəndaşlıq prosesinin başladılması üçün ölkə boyu keçirilən 300-dən çox seminarda 500 insanla əlaqə saxlayıblar. Hazırda ABŞ-da 8,8 milyon daimi sakin vətəndaş olmağa münasibdir.

Vətəndaşlıq üçün müraciət etmək üçün qrin kart sahibləri 680 dollarlıq rüsum ödəməlidir. Ancaq rəsmilər xərcləri qarşılamaq üçün rüsumun 725 dollara qaldırılmasını təklif edir.

Hər yaşıl kart sahibi vətəndaşlıq üçün ayrıca müraciət etməlidir. Müraciət etdikdən sonra, immiqrasiya rəsmiləri ilə intervyu, daha sonra vətəndaşlıq imtahanı və ən son andiçmə mərasimi keçirilir.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti insanlara endirimli rüsum proqramı təklif edir.

İllik gəliri $36 minlə $48 min dollar ararı olan dörd nəfərdən ibarət ailələr üçün rüsumda qismən endirim olacaq. Federal qaydalara görə, yoxsulluq həddindən aşağı yaşayan insanlar üçün isə rüsumda tam endirim tətbiq olunacaq.

Bundan əlavə koalisiya milli və yerli təşkilatlarla birlikdə yuxarı sinif şağirdlərini səs vermək üçün qeydiyyatdan keçməyə təşviq etməkdir.

Fəallar deyir ki, onların məqsədi insanları siyasətə cəlb etmək və nifrətə qarşı çıxmaqdır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024