Mobil versiya
Hotellər nikah kağızı tələb edə bilərlərmi?
Tarix: 13-05-2016 | Saat: 19:09
Bölmə:Gündəm | çapa göndər

Hotellər nikah kağızı tələb edə bilərlərmi?





Son zamanlar mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən mehmanxanada qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olub.

Nazirlikdən aia.az-a verilən məlumata görə, mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalarına və təcrübəsinə əsasən, hər bir vətəndaş xüsusi forma - gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, ad, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir. Həmin vərəqədə, eyni zamanda, mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır. Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist, xidmət qaydaları və qiymətləri ilə tanış olmuşdur. Daha sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır.

Bundan əlavə, nazirlik bildirir ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024