Mobil versiya
Deputat: Azərbaycanın diaspor siyasəti haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynayır
Tarix: 19-04-2022 | Saat: 16:06
Bölmə:Siyasət | çapa göndər

Deputat: Azərbaycanın diaspor siyasəti haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynayır

Azərbaycan dövlətçiliyinin gündən-günə inkişafı ölkənin daxili və xarici siyasətinin möhkəm zəmin üzərində qurulmuş düzgün strategiyasının həyata keçirilməsinin nəticəsidir. Azərbaycanın diaspor siyasəti haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynayır. Ölkənin beynəlxalq aləmdəki uğurları bir tərəfdən xarici diplomatik fəaliyyətin nəticəsidirsə, digər tərəfdən diasporumuzun inkişafı və möhkəmləndirilməsi ilə bağlıdır.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

Onun sözlərinə görə, xaricdəki diaspor təşkilatlarının, eyni zamanda, dünya azərbaycanlıların bu təşkilatlar ətrafında vahid formada birləşməsi, ölkəmizin qüdrətinin dünya miqyasında daha güclü tanınmasına xidmət edir. Diaspor üzrə bu birlik və həmrəylik bir növ Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynayır.

“Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xaricdə yaşayan azərbaycanlılara kömək və Azərbaycanın təbliğatı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işinin daha da təkmilləşdirilməsi barədə müasir dövrlə bağlı xüsusi qərarlar verilib. Son dörd ildə 31 ölkəni əhatə edən 14 koordinasiya mərkəzinin yaradılması dövlətimizin xarici diaspor sahəsində əldə etdiyi uğurlarıdır.

Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis edilməsi, eyni zamanda, həmin uşaqların xaricdə yaşamasına baxmayaraq Azərbaycan dilini ana dili olaraq mənimsəməsi dövlətimizin beynəlxalq arenadakı ən böyük uğurlarındandır”, - deyə C.Paşazadə bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024