Mobil versiya
"Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi" - Allahşükür Paşazadə
Tarix: 16-04-2022 | Saat: 11:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi" -

"Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra mənəvi birliyə böyük ehtiyac duyulurdu. Çünki qlobollaşma dövründə dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların birliyini yaratmaq bizim borcumuz idi. Bu istiqamətdə artıq uzun zamandır işlər gedirdi. Sevindirici haldır ki, türkdilli dövlətlərin və onların liderlərinin birliyinin yaranması, bizim də mənəvi birliyimizin formalaşmasına təkan verib. Əsas məsələlərdən biri isə budur ki, dövlət başçıları bir çox sahələrdə qərarlar qəbul etdikdə, biz də öz sahəmiz üzrə köməkliklər göstərək və onların fəaliyyətini təbliğ edək. Bu, olduqca vacib amildir".

aia.az "Report"a istinadən bildirir ki, bu fikirləri İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.

A.Paşazadə türkdilli dövlətlərin ortaq mədəni-mənəvi irsindən danışıb:

"Şeyx Nizamini həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində tədqiq edirlər. Biz də Manası, Dədə Qorqudu, bundan başqa, elm adamlarımızı, əlyazmalarımızı bir-birimizlə paylaşmalı və əməkdaşlıq etməliyik. Hazırda bu məsələlərdə bizim birliyimizə ehtiyac var".

Şeyxülislam Şuşa Bəyannaməsinin bu birliyi ərsəyə gətirmək üçün əvəzsiz rolu olduğunu qeyd edib:

"Xüsusən onu qeyd edə bilərəm ki, bu birlik məfhumu Şuşa Bəyannaməsindən sonra daha da aktual oldu. Çünki Şuşa Bəyannaməsi mahiyyət etibarilə TDT-ın bünövrəsidir. Bu gün dünyada baş verən hadisə və proseslər də bizi TDT çərçivəsində birlikdə olmağa və hərəkət etməyə vadar edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024