Mobil versiya
Prezident İlham Əliyev siyasətinin yüksək nəticələri Azərbaycanın gücünü durmadan artırır və yeni-yeni nailiyyətlər qazandırır
Tarix: 16-04-2022 | Saat: 10:25
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev siyasətinin yüksək nəticələri Azərbaycanın gücünü durmadan artırır və yeni-yeni nailiyyətlər qazandırır



Bu gün Azərbaycanda Prezident İlham Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur.

Cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixdə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə deməyə əsas verir ki, ölkəmizdə əldə olunan bütün yüksək nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub.

Azərbaycan xalqı öz Prezidentin ətrafında sıx birləşib və bu birlik dövlətimizin başçısına və olan yürütdüyü siyasətə dərin inamdan və ehtiramdan irəli gəlir.

Lider-Xalq birliyinin nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb və dinamik inkişafa nail olub. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən açıq-aydın görünür və Azərbaycan reallıqları dünya dövlətləri tərəfindən müsbət qarşılanır.

Ölkəmizin sürətlə inkişaf etməsinin, beynəlxalq aləmdə layiqli yer tutmasının əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Nəticə etibarı ilə ölkədə dərin iqtisadi islahatlar aparılır, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq üçün lazımi tədbirlər görülür.

Əhalinin məşğulluğunun təmin olunması istiqamətində ciddi addımlar atılmaqla, sosial siyasət həmişə prioritet olaraq qalır. Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır, bütün iqtisadi islahatlar insanların daha da yaxşı yaşaması məqsədini daşıyır. Əmək haqları və pensiyalar vaxtaşırı olaraq artırılır, aztəminatlı ailələr sosial yardımla təmin olunur, sosial mənzillər inşa olunur.
Yüzlərlə təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib və ya təmir olunub, böyük yol layihələri, içməli su layihələri icra edilib və digər infrastruktur layihələr davam etdirilir. Bu gün ölkəmizdə enerji siyasətinin təkmilləşdirilməsi, nəqliyyat sektorunun inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır.

Xarici siyasətdə ən önəmli istiqamət müstəqil, balanslaşdırılmış siyasi xəttin olmasıdır və regionda ölkələrin sülh, əmin-amanlıq şəraitində yaşaması prinsipi Azərbaycanın xarici siyasətində prioritet təşkil edir.

Azərbaycanın siyasi, iqtisadi, beynəlxalq münasibətlər çərçivəsində, milli maraqlarının qorunmasında və müdafiə edilməsində, Prezident İlham Əliyevin tutduğu mövqe, xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ məsələsinin həlli və torpaqlarımızın işğaldan azad olunması idi ki, bu vacib məsələ də Müzəffər Ali Baş Komandanın iradəsi və Azərbaycanın öz daxili gücünün hesabına əldə olundu.

Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün işğaldan azad edilmiş torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu gün qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılmasıdır ki, bu sahədə də misilsiz işlər görülür. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir.

Zəngilanın Ağalı kəndləri bu il sakinlərini qarşılayacaq. Bu il, həmçinin bir neçə kəndi birləşdirən “Ağıllı kənd” layihəsi çərçivəsində Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları üçün kompleks tədbirlər görülür.

Heç kimdən maddi dəstək almadan azad edilmiş torpaqlar yüz faiz daxili imkanlar hesabına bərpa olunur. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi aparılır, maşın, mexanizmlər, texnikalar, hətta minalarla çirklənmiş yerləri təsbit etmək üçün dronlar alınıb.

Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları işlənilir. Qarabağ-Şərqi Zəngəzur investisiya proqramında 2,2 milyard manat vəsait nəzərdə tutulur. Azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası tikilmiş, cari ildə il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.

Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır və heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək.

Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq.
Artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Şuşanın içməli su layihəsinin bu il tam istifadəyə verilməsi nəzərdə tutulur.

Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyulub. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar fəaliyyət göstərəcək. Şuşada yaşayış məhəlləsinin təməli qoyulub, evlərin inşasına start verilib, yeni beşulduzlu otelin inşası üçün işlər aparılır.

Bəli, Azərbaycan heç kimdən asılılığı olmayan, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına əmindir.


Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri,
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024