Mobil versiya
Bütün nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub
Tarix: 15-04-2022 | Saat: 15:11
Bölmə:Siyasət | çapa göndər

Bütün nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub

2022- ci il aprelin 12-də Azərbaycan Respublikası¬nın Prezidenti İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müzakirədə parlaq və dərin məzmunlu giriş və yekun nitqləri söyləyib.

Qeyd edim ki, Möhtərəm Prezidentin müşavirədəki nitqlərini, bütövlükdə müşavirənin materillarını diqqətlə izləmişəm. Cənab İlham Əliyevin Azərbaycanın və regionun gələcək taleyi ilə bağlı səsləndirdiyi dəyərli fikir və mülahizələrdən çox məmnun qalmışam. Mənim gəldiyim əsas qənaət budur ki, Azərbaycan dövləti və onun müdrik lideri regiona sülh və sabitlik, inkişaf və tərəqqi gətirir. Bütün nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunur. Dünya bunu görür və razı qalır.

Azərbaycan Respublikasının Prezidenti giriş nitqində demişdir: “Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər”.

Bəli, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli möv¬qeyini dəstəkləyirlər. Çünki rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan ədalətli və prinsipial mövqedən çıxış edir. 2020-ci ilin payızında xalqımız 44 gün¬lük şanlı Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edərək tarixi qələbə qazanıb. Hazırda regionda yeni reallıq¬lar yaranıb.

Ölkə Başçısı demişdir: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk Qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksək vəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”.

İndi əsas məsələ Ermənistan–Azərbaycan münasibətlərinin normallaşma¬sıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir. Azərbaycan dövlətinin mövqeyi məhz belədir. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi bu şansı qiymətləndirməyə çalışmalıdır.

Yeri gəlmişkən, əbədi müharibələr olmur. Hər bir müharibənin sonu sülhlə bitir. Azərbaycan qarşı tərəfə sülh və ticari, iqtisadi əməkdaşlıq təklif edir. Rəsmi İrəvan Azərbaycanın pozitiv təkliflərinə müsbət cavab verməyə çalışmalıdır.

Bəxtiyar Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədr müavini
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024