Mobil versiya
S.Möhbalıyev: “Rübün yekunları qarşıya mühüm vəzifələr qoyur”
Tarix: 14-04-2022 | Saat: 10:08
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

S.Möhbalıyev: “Rübün yekunları qarşıya mühüm vəzifələr qoyur”

“Aprelin 12-də dövlətimizin başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 3 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir. Belə ki, ümumi daxili məhsulda 6,8 faiz artım olub. Bu da, sözsüz ki, ötən ilin uğurlarının davamıdır. Aydın görünür ki, həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Dünyada tam aradan qalxmayan pandemiya səbəbindən hələ də böhran müşahidə olunsa da, Azərbaycanda vəziyyət tam fərqlidir, hər sahədə davamlı inkişaf gedir. Yeri gəlmişkən, qeyd edim ki, ölkəmiz bütün göstəricilərinə görə, pandemiya şəraitindən qalib çıxan azsaylı ölkələrdəndir. Və bu, Azərbaycanın iqtisadi qüdrətini dünyaya bir daha nümayiş etdirdi. Son 3 ayda qeyri-neft iqtisadiyyatımız da böyüyüb, belə ki, bu sektorda 10 faizdən çox artım olub. Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir. İqtisadi inkişaf bu templə davam edərsə, ilin sonuna rəqəmlər daha yüksək olar və ölkəmizin iqtisadi imkanları daha da artar”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Təbii ki, Rusiya ilə Ukrayna arasında müharibə regionda sosial-iqtisadi fəsadları qaçılmaz edib, həmçinin dünyada ərzağın qiymətində də artım var. Rübün hesabatında qeyd olundu ki, ölkəmizdə ərzaq qıtlığının yaşanmaması üçün artıq qabaqlayıcı tədbirlərə başlanılıb və ehtiyatlar görülür. Süni qiymət artımının qarşısının alınması istiqamətində də müvafiq qurumlar tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Bu, onu göstərir ki, dövlətimiz baş verə biləcək gözlənilməz hadisələrə hər zaman hazırdır və vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması daim nəzarət altındadır”, - Milli Məclisin deputatı deyib.

“Dövlətimizin başçısı Azərbaycanın regiona gətirdiyi reallıqlara da toxundu. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki, Ermənistan tərəfinə də aydındır. İşğal siyasəti nəticəsində düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə əməkdaşlıqdan keçir. Bunun üçün qalib ölkənin - Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək lazımdır. Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu məsələdən danışarkən dövlətimizin başçısı bir daha qeyd etdi ki, hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bu, onu təsdiqləyir ki, ölkəmiz bundan sonra da müdafiə qüdrətini artıracaq. Komando qoşun növünün yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması bu qəbildəndir”, - AHİK sədri vurğulayıb.

“Cənab Prezident ilin sonuna qədər görüləcək işlər barədə də danışdı. Bunlardan ən əsası Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işləridir. Bilirik ki, dövlətimiz sakinlərin öz yurdlarına daha tez qayıtmaları üçün əlindən gələn hər şeyi edir. Genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, yeni yollar tikilir, şəhərlər, kəndlər salınır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, həmçinin Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının hazırlanması üçün də dövlətimizin başçısı xüsusi tapşırıq verdi. Görülən işlər və həyata keçirilən layihələr bizə deməyə əsas verir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olacaq və orada mövcud olan iqtisadi potensial ölkəmizin gücünə yeni güc qatacaq”, - S.Möhbalıyev əlavə edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024