Mobil versiya
Azərbaycan daha da güclənəcək - Məlahət İbrahimqızı
Tarix: 13-04-2022 | Saat: 16:40
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan daha da güclənəcək - Məlahət İbrahimqızı

“Azərbaycan öz inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə 2022-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərinin proqnoza qarşı 6,3 faiz artıqlaması ilə icra olunduğu və dövlət büdcəsinin gəlirinin 7 milyard 10 milyon manat təşkil etdiyi açıqlanıb: “İqtisadi yüksəliş aparılan islahatların - şəffaflaşma, korrupsiya ilə ciddi mübarizə, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə-nizam-intizamının təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsinin nəticəsidir. Prezident İlham Əliyevin rəbərliyi ilə həyata keçirilən siyasətin, görülən işlərin nəticəsidir, Azərbaycan azad edilmiş torpaqları da öz gücünə bərpa edir. Dövlət başçısının qeyd etdiyi kimi, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər. Bu il Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Şuşanın bərpası isə çox önəmlidir və prioritet olmalıdır. Şuşada insanlar yaşayır, yaşayış binaları tikilir və tezliklə insanlar ora qayıdacaqlar. Prezident İlham Əliyev müşavirədə bu il Şuşanın içməli su layihəsi tam istifadəyə verilməsi barədə də tapşırıq verdi. Bir sözlə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görülür. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parklarının yaradılması planlı şəkildə həyata keçirilir. Görülən bütün bu işlər göstərir ki, Azərbaycan daha da güclənəcək”.

Deputat sosial məsələlərin də Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu və ötən il bu istiqamətdə atılan addımların da bunu bir daha sübut etdiyini vurğulayıb: “Şəhidlərin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərinə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi istiqamətdə sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub. 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülüb. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilib və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılıb. İşədüzəltmə proqramı çərçivəsində yaradılmış vakansiyalara 2 mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 minədək mənzil təqdim olunub. Bu ilin birinci rübündə 200 mənzil verilib, ilin sonunadək daha 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Ümumilikdə son üç il ərzində bu kateqoriyadan olan insanlara 6300 mənzil təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Digər tərəfdən, müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib. Əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Daha 6 min qazinin protezlə təmin olunması üçün müalicəsi kursunun bitməsi lazımdır. Yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim olunub”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2025