Mobil versiya
Səhiyyə islahatlarının nəticələri varmı? - ARZUMAN LOĞMANOĞLU YAZIR
Tarix: 12-04-2022 | Saat: 20:55
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Səhiyyə islahatlarının nəticələri varmı? - ARZUMAN LOĞMANOĞLU YAZIR

Azad bazar iqtisadi münasibətlərinin bərqərar olduğu və gücləndiyi iqtisadi-siyasi münasibətlər sistemində sovet səhiyyə sistemini qoruyub-saxlamaq mümkün deyildi. Ona görə də son illər səhiyyə sistemində islahatlar keçirilir. Bu islahatların istənilən nəticəni verdiyini söyləmək çətin olsa da, islahat prosesinin başlanması artıq təqdirəlayiqdir.

Səhiyyə islahatları içərisində ən önəmlisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması, əhalini icbari tibbi sığortaya cəlb etmək, tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirməklə yanaşı, keyfiyyəti yüksəldilən tibb xidmətinə əhalinin əlçatanlığını təmin etmək idi.

Bu məqsəd və vəzifələrin həyata keçirilməsinə hələlik tam nail olunmasa da, önəmli addım atılıb. Ən önəmli məqam yüksək keyfiyyətli tibb xidmətinin tədricən əlçatan olmasıdır. Söhbət bahalı əməliyyatların aşağı gəlirli insanlar üçün də əlçatan olmasından gedir. Bu gün monitorinq keçirilsə, yüzlərlə azgəlirli vətəndaşların İcbari Tibbi Sığorta hesabına bahalı əməliyyatlardan istifadə etməsi üzə çıxar. Ekspertlər hesab edir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə vəsaitləri artdıqca, bahalı əməliyyatlardan daha çox azgəlirli vətəndaşlar istifadə edə biləcək. Bunun üçün vergi və sosial ödəmə sistemində dəyişiklik edilməsi kimi təkliflər var. Ekspertlər hesab edir ki, 01.01.2021-ci il tarixindən tətbiq olunan İcbari tibbi sığorta haqqının faizi Dövlət Sosial Müdafiə Fonduna ayrılmaların azaldılması hesabına artırılmalıdır. Bütün bu təkliflərin müzakirəsinə ehtiyac var. Bütövlükdə isə idarəetmənin sadələşdirilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rolunun artırılması daha doğru istiqamət hesab olunur. Çünki dövlət institutlarının özlərinin faəliyyətinə baxış dəyişir. Dövlət institutları idarəedicidən xidmət sahəsinə çevrilir ki, bu da idarəçiliyin keyfiyyətinin yükəsldilməsinə imkan verir.

Eyni fəlsəfə səhiyyə sahəsinin idarəçiliyində də keçicidir. Təbii ki, yeni idarəçilik fəlsəfəsi rəhbər vəzifələrdə yeni kadrların təmsil olunmasını zəruri edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi bu keyfiyyətlərə malik şəxslərdən təşkil olunub. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Avropanın yüksək səviyyəli ali məktəblərində təhsil almaqla yanaşı, yeni idarəetmə fəlsəfəsinə bələd şəxslərdən hesab olunur. Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, Zaur Əliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin olunmasında əsas faktor da məhz bu amil olub. Belə görünür ki, seçim doğru olub. İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətində bu günə kimi heç bir ciddi qalmqal, korrupsiya və rüşvət hadisəinin qeydə alınmaması da bu fikiri təsdiq edir. Nöqsanlar isə təbii ki var. Çünki istənilən infrastruktur islahatı çox zaman alan və ciddi problemlər doğuran məsələdir. Ancaq birmənalı demək olar ki, səhiyyə sistemində islahatlar doğru istiqamətdədir və bu istiqamətdə də davam etdirmək lazımdır. Çünki islahatlar zamanı dayanmaq, fasilə vermək qazanılan uğurların da itirilməsinə səbəb ola bilər.

Arzuman LOĞMANOĞLU



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə