Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin Brüssel səfəri ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib addım oldu”
Tarix: 08-04-2022 | Saat: 13:35
Bölmə:Siyasət / Seçilənlər-5 | çapa göndər
Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, hər an bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət formalaşdırmaq niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır. Təbii ki, bu region istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük dövlətlərin diqqətini cəlb edib. Lakin bu gün artıq Cənubi Qafqazın verə biləcəyi üstünlüklərdən yararlana bilmək üçün sadəcə gücə sahib olmaq heç də yetərli amil deyil. Çünki Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin nətcələri ilə özünün regional liderlik mövqelərini daha da möhkəmlətdi. Azərbaycan bütün dünyaya birmənalı olaraq bəyan etdi ki, artıq Cənubi Qafqazda yeni, tamamilə fərqli reallıqlar formalaşıb və bundan sonra bu regionda hər hansı bir layihəni həyata keçirmək niyyətində olan istənilən ölkə ilk növbədə bu reallıqları qəbul etməli, həmin reallıqları yaradan ölkənin maraq və mənafeylərini nəzərə almalıdır. O cümlədən özünün enerji təhlükəsizliyinin təmin olunması məqsədilə bu gün Azərbaycanın imkanlarından maksimum dərəcədə yararlanmaq niyyətini göstərən Avropa İttifaqı artıq postmüharibə dövründə Cənubi Qafqazda gedən proseslərə müəyyən dərəcədə nüfuz etmək imkanı əldə edə bilmək üçün yeni formatın yaradılmasının zəruriliyini də qəbul etdi.
Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Prezident İlham Əliyevin 2022-ci il 6 aprel tarixli Brüssel səfərinin ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib addım olduğunu vurğulayan millət vəkili qeyd edib ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir: “Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vurmaqla Ermənistanla olan münaqişəyə son qoydu. Bununla da əsas vəzifəsi nə vaxtsa mövcud olmuş bu münaqişənin “sülh yolu ilə həlli” variantlarının axtarılmasından ibarət olan ATƏT-in Minsk Qrupu avtomatik olaraq lazımsız bir təsisata çevrildi. Həmçinin qrupun həmsədr ölkələri arasında hazırda getdikcə gərginləşən münasibətlər də bu qurumun artıq heç bir prosesə real təsir imkanlarına malik olmadığını deməyə əsas verir. Lakin Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqlarını heç kim ləğv etməyib. Əksinə, bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, az öncə də qeyd edildiyi kimi, ilk növbədə möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yarandı. Artıq Brüssel sülh gündəliyi adlandırılan bu format çərçivəsində ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Ümumiyyətlə qeyd olunmalıdır ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artması, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında mütəmadi olaraq baş tutan intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir”, - deyə N.Aslanov bildirib.
Həmçinin Milli Məclisin deputatı xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Brüssel səfərindən əldə olunmuş nəticələr dövlət başçısının dünyada getdikcə yüksələn nüfuzunun göstəricisidir: “Birmənalı olaraq demək lazımdır ki, Brüssel səfərinin nəticələri Azərbaycanın xarici siyasətinin növbəti böyük uğuru kimi qiymətləndirilməlidir. İlk növbədə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılmasına dair qərar qəbul edilib ki, bu da ölkəmizin maraqlarına bütünlüklə cavab verir. Vcib məqamlrdan biri budur ki, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Təbii ki, sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Həmçinin görüşdə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Təbii ki, ən vacib məsələlərdən olan infrastruktur layihələr müstəvisində də əməkdaşlıq nəzərdə tutulur. Belə ki, tərəflər arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır. Beləliklə, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri tamamilə iflasa uğrayır. Artıq Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün məhz Azərbaycan Prezidenti ilə yaxın təmasların yaradılmasının vacibliyini başa düşür. Bu amil isə Prezident İlham Əliyevin dünyada sahib olduğu yüksək nüfuzunun daha bir göstəricisidir. Bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir və birmənalı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti siyasi-diplomatik uğuru kimi qiymətləndirilməlidir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-01-2025