Mobil versiya
YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyevin elmi irsini öyrənirik” siyasi məktəbinin açılışı olub - FOTOLAR
Tarix: 07-04-2022 | Saat: 15:13
Bölmə:Siyasət | çapa göndər

YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyevin elmi irsini öyrənirik” siyasi məktəbinin açılışı olub

Elə dövlət xadimləri və siyasətçilər olur ki, onların dövlət və xalq qarşısındakı xidmətlərini təkcə hansısa konkret mərhələni əhatə edən dövrlə qiymətləndirmək olmur. Aqrar bir respublikanı ən müasir texnologiyaların tətbiq olunduğu sənaye ölkəsinə, elm və təhsilin inkişaf etdiyi, xalq təsərrüfatının bütün sahələrinin dirçəldiyi dövlətə çevirən, milli hərbçi zabitlərin yetişdirilməsi ilə gələcək ordumuzun əsasını qoyan, ümumilikdə müstəqil dövlətçiliyimizin əsaslarını yaradan ümummilli lider Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdən biridir.

aia.az xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatında "Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik" adlı siyasi məktəbin açılış mərasimində təşkilatın sədri Muxtar Nağıyev ifadə edib.

M. Nağıyev ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə iki müxtəlif sosial-iqtisadi baxışın vəhdətindən yanaşmağın zəruriliyini qeyd edib. Deyib ki, Ümummilli Liderin təkcə mənsub olduğu xalqın və dövlətin tarixində deyil, regional və beynəlxalq müstəvidə xidmətləri də zaman keçdikcə yada salınacaq, öyrəniləcək. YAP Səbail rayon təşkilatının sədri bu gün beynəlxalq müstəvidə nüfuzu ilə seçilən, regionun lideri olan Azərbaycan Respublikasının iqtisadi və siyasi sahələrdə söz sahibinə çevrilməsini ümummilli lider Heydər Əliyev siyasətinin, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinin təntənəsi adlandırıb.

Muxtar Nağıyev əminliyini ifadə edib ki, bu gün açılışı olan siyasi məktəb yalnız monoloqlarla deyil, gənclərin də fəal iştirak etdiyi diskussiyalarla keçəcək və daha məhsuldar nəticələrlə yadda qalacaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru
Elçin Əhmədov çıxış edərək sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda böyük siyasi xadim Heydər Əliyevin SSRİ kimi güclü, nəhəng ölkənin ali siyasi rəhbərliyinə dəvət olunmasından, onun Azərbaycanın müstəqilliyi üçün gördüyü işlərdən danışıb.
Daha sonra gənclərin iştirakı ilə debatlara start verilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025