Mobil versiya
Parlamentlər arasında əməkdaşlığın genişləndirən mühüm sənəd
Tarix: 05-04-2022 | Saat: 11:28
Bölmə:Siyasət | çapa göndər

Parlamentlər arasında əməkdaşlığın genişləndirən mühüm sənəd

Son günlər baş verən proseslər bir daha göstərir ki, Azərbaycan davamlı sülhün və bölgədə təhlükəsizliyin təmin olunması üçün bütün sahələr üzrə vacib tədbirləri həyata keçirir. Qarşıya qoyulan vəzifələr ardıcıl və sistemli şəkildə həllini tapmaqdadır. Fərrux Zəfəri dediklərimizə əyani sübutdur. Bu Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin strateji hədəfləri hesablayaraq uzaqgörən və müdrik siyasətinin nəticəsidir.

30 illik işğala son qoyulandan və üçtərəfli bəyanatın imzalanmasından sonra ölkə başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan münasibətlərin normallaşması istiqamətində ciddi addımların atılmasına hazırdır. Bu məqsədlə sülh müqaviləsi üzərində işləmək təklifini də irəli sürmüşdü. Fevralın 21-də Azərbaycan tərəfi daha konkret və beş bənddən ibarət sənədi təqdim etdi. Lakin yenə də erməni riyakarlığını müşahidə edirik. Bir- birinə zidd fikirlər səslənir. Bir tərəfdən sülhə hazır olduqlarını deyir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətə uydurma müraciətlər edir, bəyanatlar verirlər. Lakin layiqli cavablarını da alırlar.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası Şurasının iclasında Sədrimiz hörmətli Sahibə xanım Ermənistan parlamentinin spikeri Alen Simonyana çox peşəkar şəkildə cavab verdi. Və onu məcbur etdi ki, sülh bağlamasına hazır olduğunu etiraf etsin. Erməni seqmentində bu hadisə ermənilərin növbəti uğursuzluğu kimi qiymətləndirilir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, parlament diplomatiyası çox uğurla davam edir. Və burada Parlamentin spikeri Sahibə xanımın rolunu xüsusi vurğulamaq istərdim. Öz peşəkar fəaliyyəti ilə parlament spikerliyi dönənimdə Prezident İlham Əliyevin apardığı “hücum diplomatıyasına” töhfə verir. Onun Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində həmin ölkənin prezidenti ilə görüşü, eləcə də, Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında saziş və 2022-ci il üçün "Yol xəritəsi" imzalanması çox mühüm hadisədir. Bu sənədlər parlamentlər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaqdır.

Hicran Hüseynova,
Milli Meclisin komitə sədri

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024