Polkovnik Ramaldanov: Ordumuz düşmənə elə bir “toy” tutub ki...
Tarix: 12-05-2016 | Saat: 22:59
Bölmə:Gündəm | çapa göndər
Birinci Qarabağ savaşı zamanı Füzuli döyüş briqadasının komandiri və ordumuzun atəşkəsə qədər tarixi Horadiz əməliyyatının rəhbərlərindən biri kimi ermənilərin qorxaq olmasını bilirdim. Lakin ermənilərin bu qədər çaşqın və qeyri-müəyyən bir durumda olmasını görəndən sonra sadəcə onlara yazığım gəlir.
Çox sevindirici haldır ki, ordumuz aprelin əvvəllərində düşmənin həmləsini dəf edərkən ona elə sarsıdıcı zərbə vurub ki, bu bədbəxtlər hələ də özlərinə gələ bilməyiblər. Elə bir gün olmur ki, Ermənistan siyasi-hərbi rəhbərliyi hansısa sərsəm və axmaq bir açıqlama verməsin.
Bu sözləri Azərbaycan ordusunun ehtiyyatda olan polkovniki Şair Ramaldanov özünü "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri kimi təqdim edən Jirayr Səfilyanın açıqlmasına cavab olaraq deyib.
"Elə bu gün mətbuatda özünü "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri Jirayr Səfilyan kimi təqdim edən bir axmaq sözün həqiqi mənasında səfeh-səfeh sayıqlayıb. Səfilyan öz erməni xislətinə uyğun olaraq əsassız fikirlər səsləndirib. Hiss olunur ki, ordumuz düşmənə elə bir "toy" tutub ki, bunun ağrısı və acısı hələ uzun müddət bədnam qonşularımızın yadından çıxmayacaq.
Öz dili ilə xeyli ərazi itirdiklərini bəyan edən Jirayr Səfilyan Ermənistan hökumətindən açıq narazılığını da dilə gətirməyi unutmayıb. Hətta o bir qədər də irəli gedərək öz cinayətkar prezidenti Serj Sarkisyanın açıq yalan danışdığını da faktlar və konkret rəqəmlərlə ifşa edir. S. Sarkisyanın guya bütün çağırışlara cavab olaraq itirilmiş mövqelərin strateji əhəmiyyət daşımadığını deməsi ilə də qətiyyən razı deyil. Hakimiyyətin guya 100-200 metr ərazini "itiriblər" iddiasına "bu deyilənlərin hamısı faktiki olaraq yalandır. Faktiki itkilər daha çoxdur", - deyə Səfilyan cavab verib. Özü də səhv edərək Azərbaycan Ordusunun azad etdiyi ərazinin cəmi 7 mln kv. m. olduğunu iddia edir.
Halbuki Azərbaycan Silahlı Qüvvələrinin işğalçı düşməndən azad etdiyi ərazi ən azı 3 dəfə o rəqəmdən çoxdur. Bunu da qeyd etmək lazımdır ki, azad etdiyimiz yüksəkliklər 5 kilometrdən yuxarı dərinlikdə yerləşən ərazini bizim əsgərlərimiz tərəfindən tam nəzarət altında saxlamağa imkan yaradır. Lakin sonra da həmin bu Səfilyan öz ağılsız rəhbərlərini düz mövqe tutmaq əvəzinə daha da qızışdırmağa sövq edir ki, təcili Azərbaycanın üzərinə hücuma keçmək lazımdır.
Bunun üçün səfərbərlik və bütün insan resurslarından və hərbi arsenaldan istifadə etməyi təklif edən Səfilyan qeyd edir ki, guya bu gün ermənlərin insan və hərbi resursları Azərbaycanı diz çökdürməyə imkan verir. Bu səfeh Səfilyanın dediyi fikir absurd deyilmi? Ona görə ki bu gün Azərbaycan əhalisinin sayı Ermənistan əhalisindən 3 dəfə çoxdur və Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsindən artıqdır. Onda Səfilyan hansı faktlara əsaslanır?
Ona "Halva halva deməklə, ağız şirin olmur" atalar sözünü xatırlatmaq lazımdır. Bu bədnam erməni nədənsə yaddan çıxarıb ki, Silahlı Qüvvələrimiz bu gün tam şəkildə hazırdır ki, Ali Baş Komandanın əmrini qısa bir müddətdə yerinə yetirsin. Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər şəxslərinin artıq neçə vaxtdır ki, faktiki olaraq xidmət yerlərini Bakıdakı kabinetlərdən ön xəttə dəyişməsi də adi məsələ deyil. Bu əslində düşmənə açıq və birbaşa mesajdır ki, nə qədər gec deyil, onlar ağılsız hərəkətlərindən əl çəkməli və işğal altında qalan ərazilərimizdən qeyd-şərtsiz geri çəkilməlidirlər.
Elə özünü "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri Jirayr Səfilyan kimi təqdim edən adam da Azərbaycanla bağlı əsassız bəyanatlar səsləndirməkdənsə, hədyanlar, hərbə-zorba dilində danışmaqdansa, daha yaxşı olardı ki, ağlını itirmək dərəcəsinə çatan öz keçmiş və indiki silahdaşları olan Serj Sarkisyana, Seyran Ohanyana və digər "yan"lara bir az real və doğru yol göstərəydi.
Azərbaycan Silahlı Qüvvələri indi ən müasir silah-sursatla təmin olunub, ən əsası isə yüksək mənəvi-psixoloji hazırlığa malik nizami ordu birləşmələrindən ibarətdir. Bunu şanlı ordumuz aprelin əvvəllərində düşmən həmləsini dəf edərkən bir daha sübut etdi".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər