Mobil versiya
Poroşenko "zek" naziri baş prokuror təyin etdi
Tarix: 12-05-2016 | Saat: 20:43
Bölmə:Siyasət | çapa göndər

Poroşenko "zek" naziri baş prokuror təyin etdi





Ukrayna prezidenti Petro Poroşenko keçmiş Daxili işlər naziri Yuriy Luçenkonu ölkənin baş prokuroru vəzifəsinə təyin edib.

Rusiya KİV-nə istinadən məlumatına görə, Luçenkonun bu vəzifəyə gətirilməsi ilə bağlı Poroşenko parlamentdə səsvermə keçirib. Müvafiq qərarı 264 millət vəkili dəstəkləyib.

Deputatların təsdiqindən sonra prezident plenar salonunda müvafiq fərmanı imzalayıb.

Xatırladaq ki, sabiq DİN rəhbəri Yuriy Luçenko 2010-cu il dekabrın 27-də vəzifəsindən sui-istifadə və talançılıq maddəsilə ittiham olunaraq, varidatı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin o, 2013-cü ilin aprelində Petro Poroşenko tərəfindən əfv olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024