Mobil versiya
Ərdoğan Azərbaycanla bağlı bu sənədi TƏSDİQLƏDİ
Tarix: 01-04-2022 | Saat: 09:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan Azərbaycanla bağlı bu sənədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.

aia.az xəbər verir ki, bu barədə müvafiq qərar "Resmi Gazete"də dərc olunub.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, sözügedən Protokol 2021-ci il fevralın 19-da Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində imzalanıb.

Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025