Mobil versiya
“Turan” Hospital – məsuliyyət və peşəkarlıq devizimizdir!
Tarix: 30-03-2022 | Saat: 13:25
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

“Turan” Hospital – məsuliyyət və peşəkarlıq devizimizdir!

Bu gün artıq həqiqətləri təhrif etmədən, tam səmimiyyətlə demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bir çox səhiyyə müəssisələri əhaliyə təqdim olunan tibbi xidmətlərn yüksək keyfiyyəti baxımından sadəcə bir-biriləri ilə deyil, həm də beynəlxalq səviyyədə üstün nüfuza malik xarici klinikalarla da rəqabət apara bilirlər. Son bir neçə ildə Azərbaycan səhiyyəsində aparıcı mövqeylərə sahib olmağı bacarmış tibb müəssisələrindən biri də Turan Hospitalır.

Müəssisənin fəaliyyətinə dair oxucularımıza daha ətraflı məlumat təqdim etmək üçün əməkdaşımız klinikanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cənnət Cənnətovla həmsöhbət olub.



İlk növbədə əməkdaşımızı klinikanın ərazisi ilə tanış edən C.Cənnətov bildirib ki, hazırda Turan Hospitalı istər müalicə-diaqnostika avadanlığı ilə təminatı, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından paytaxt Bakıda fəaliyyət göstərən ən müasir klinikalardan biridir: “Həqiqətən də bu gün klinikamız istənilən müasir tibb müəssisələri ilə rəqabət aparacaq bir səviyyədə fəaliyyət göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, müəssisəmizin elmi potensialı ildən-ilə yüksəlir. Ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənməyən yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, Turan Hospitalı ölkənin ən yaxşı tibbi mərkəzlərindən birinə çeviriblər” – deyə müsahibimiz qeyd edib.

Daha sonra C.Cənnətov Turan Hospitalıda pasiyentlərə təqdim olunan tibbi xidmətlərdən danışaraq bunları deyib: “Hazırda bizim Turan Hospitalıda pasiyentlərə Cərrahiyə, Terapiya, Pediatriya, Ginekologiya, Stomatologiya və Kosmetologiya sahələrində ən yüksək səviyyədə xidmətlər göstərilir. Xüsusilə qeyd etməyi lazım bilirəm ki, bu gün klinikamızda aparılan cərrahi əməliyyatlar geniş profilli olmaqla həm endocərrahi, həm də klassik metodların tətbiqi ilə həyata keçirilir. Hospitalımızın Ümumi cərrahiyyə şöbəsində hər cür açıq və bağlı, tibbi terminologiya ilə desək, laporoskopik əməliyyatlar icra olunur. Bu əməliyyatlara appendisit, bağırsaq keçməzliyi, göbək yırtığı, qasıq yırtığı, epiqastral yırtığı əməliyyatları aiddir. Həmçinin mədə-bağırsaq qanaxmaları, qaraciyər və öd kisəsi əməliyyatları, hemoroid və ya babasil və sairə əməliyyatlar klinikamızın yüksək ixtisaslı cərrahları tərəfindən uğurla həyata keçirilir.”

Həmçinin müsahibimiz Turan Hospitalıda Travmatologiya və ortopediya şöbəsinin fəaliyyətinə dair maraqlı açıqlamalar təqdim edib: “Bu gün Turan Hospitalın travmatologiya-ortopediya şöbəsində dayaq hərəkət sisteminin xəstəliklərinin diaqnostikası, müayinə və müalicəsi də uğurla həyata keçirilir. Bu sahədə yüksək ixtisaslı travmatoloq-ortopedlərimiz tərəfindən diz protezleri, əzələ, vətər, sinir kəsiklərinin müalicəsi, atroskopika, bud-çanaq oynağının protezləşdirilməsi kimi kifayət qədər mürəkkəb əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirilir” – deyə Cənnət Cənətov bildirib.

Əməkdaşımızın “Turan Hospitalının urologiya şöbəsinin fəaliyyətilə bağlı verdiyi sualları cavablandıran müsahibimiz xüsusi olaraq vurğulayıb ki, burada uroloji xəstəliklərin müalicəsi üçün müasir tibbin ən son nailliyyətləri tətbiq edilməkdədir: “Hospitalımizin urologiya şöbəsində ən müasir müalicə üsulları və əlbəttə ki, müasir tibbin ən son nailliyyətləri tətbiq edilir. Urologiya şöbəmiz pasiyentləri daha tez aktiv həyata qaytaran, efektiv metodlara üstünlük verir. Burada urofloumetriya, diaqnostik sistoskopiya, prostat vəzin diaqnostik punksiyası aparılır. Urologiya şöbəmizdə sidik yolları və böyrək daşlarının müalicəsi, daşların endoskopik və laparoskopik əmliyyatı, qadınlarda sidik qaçırma əməliyyatı, uşaqlarda bağlı və açıq daş əməliyyatı, varikosel əməliyyatı, laparoskopik böyrək əməliyyatı, bağlı və açıq prostat əməliyyatı, qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi, sidik kisəsi daşlarının açıq və endoskopik əməliyyatı uğurla həyata keçirilir. Bir daha xüsusi olaraq qeyd etməyi özümə borc bilirəm ki, bütün bu əməliyyatlar və müayinə-müalicə prosedurları yüksək ixtisaslı, peşəkar həkimlər tərəfindən həyata keçirilir.”

Nəticə olaraq əminliklə deyə bilərik ki, bu gün “Turan Hospitalı Azərbaycanda səhiyyə sahəsində həqiqətən də böyük nailiyyətlərə imza atan tibb müəssisələrindən biridir. Artıq bir neçə ildir ki, davamlı olaraq bura müraciət edən xəstələrə şəfa tapmaqda yardımçı olan bu qabaqcıl səhiyyə müəssisəsi xalqımızın sağlamlığının keşiyində ləyaqətlə durur. Əgər buna əmin olmaq istəyirsinizsə, Siz də Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 184 ünvanında yerləşən Turan Hospitalına müraciət edin!

Turan Hospitalıda sağlamlığınız etibarlı əllərdə olacaq!

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024