Ölkəmizin tərəqqisinin elmi təminatı dövlətimizin diqqət mərkəzindədir
Tarix: 27-03-2022 | Saat: 12:19
Bölmə:Manşet / Təhsil | çapa göndər
İndiki dövrdə dövlətimiz ölkəmizdə elmin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Milli Elmlər Akademyasında, universitetlərimizdə, digər qurumlarda elmin müxtəlif sahələrində mühüm nəticələr alınmaqda və müxtəlif sahələrdə uğurla tətbiq edilməkdədir. Ölkədə müasir elmin inkişafına böyük qayğı göstərən hörmətli prezidentimiz İlham Əliyev 2018 - ci ilin aprel ayında hər il, 1945-ci ildə Azərbaycan Elmlər Akademyasının yarandığı 27 mart tarixinin Elm günü kimi qeyd edilməsi haqda sərəncam imzalamışdır.
Həyatımızda elmin əhəmiyyəti ilbəil artır. Günü-gündən daha da mürəkkəbləşən cəmiyyətdə, ölkənin tərəqqisi üçün əhəmiyyətli olan hər bir sahədə elmin köməyindən istifadə etməyə daha böyük ehtiyac yaranır. Ona görə də dövlətimiz elmimizin müasir tələblər səviyyəsində inkişaf etməsinə xüsusi əhəmiyyət verir. Hələ orta əsrlərdə öz dahi alimləri ilə məşhur olan Azərbaycanda son yüz ildə də elm sürətlə inkişaf etmiş, ölkəmizin tərəqqisində mühüm rol oynamış, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, Xudu Məmmədov, Murtuza Nağıyev, Azad Mirzəcənzadə, Rafiq Əliyev və onlarca digər alimlərimiz bütün dünyada tanınmış, dünya elminin inkişafında mühüm rol oynamışlar. Eyni zamanda ölkəmizdən kənarda yetişən Lütvi Zadə, Əli Cavan, Kərim Kərimov, Abbas Çayxorski, Fərman Salmanov, Davud Paşayev, İqor Aşurbəyli və başqaları kimi digər məşhur alimlərimizin də fəaliyyətləri xalqımızın intellektual potensialının çox yüksək olduğunun göstəriciləridir. Sevindirici haldır ki, son onilliklərdə dünyanın bir çox elm mərkəzlərində, xalqımızın dünya şöhrətli, çoxsaylı yeni nəsl alimləri yetişmişdir. Onların ardınca yüzlərlə gənc alimlərimiz də yetişməkdədirlər.
Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə elmin hərtərəfli olaraq inkişaf etməsinə hər zaman böyük diqqət vermişdir. Hələ sovet hakimiyyəti illərində məhz onun qayğısı, ciddi diqqəti nəticəsində ölkəmizdə elm sürətlə inkişaf etməyə başladı. Ən müasir elm sahələrinin, ölkəmiz üçün vacib olan elmi tədqiqatların Azərbaycanda uğurla aparılması ücün yeni elmi müəssələr yaradılır, minlərlə gəncimiz SSRİ – nin ən qabaqcıl universitetləridə təhsil almağa göndərilirdi. Dahi rəhbərimiz 1993-cü ildə ikinci dəfə ölkəmizə rəhbərlik etməyə başlayanda da elmin inkişafını ən vacib məsələlərdən biri kimi diqqət mərkəzində saxlayırdı. O zamanlar Elmlər Akademiyamızın ləğv edilməsi ətrafında gedən söhbətlərə bir dəfəlik son qoyan müdrik rəhbərimiz ölkəmizin tərəqqisində bu qurumun daha da məhsuldar, milli maraqlarımıza uyğun şəkildə inkişaf etməsini istəyirdi. Məhz buna görə də onun 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademyasına Azərbaycan Milli Elmlər Akademyası adı verildi. Bu böyük şəxsiyyət AMEA ilə bağlı deyirdi: “Çoxəsirlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir.”
Möhtərəm prezidentimiz İlham Əliyev də ulu öndərin elm sahəsindəki siyasətini uğurla davam etdirir. Elmimizin inkişafı üçün vacib olan işlərin yerinə yetirilməsinə diqqət yetirir. Bunun nəticəsidir ki, 2016-cı ilin iyun ayında Azərbaycan respublikası Milli Məclisində “Elm haqqında” Qanun qəbul edildi. Prezidentimizin avqust ayındakı Fərmanı ilə bu qanun ölkədə geniş şəkildə tətbiq olunmağa başladı. İndi dövlətimiz istər AMEA – da, istərsə də başqa qurumlarda elm sahəsindəki vəziyyətə xüsusi diqqət yetirir.
Müstəqillik illərimizdə həm elmimizin müasir dövrün tələblərinə uyğun olan istiqamətdə inkişafı üçün elmi baza formalaşdırılır, həm inkişafımızın müxtəlif sahələrində elmin imkanlarından istifadə mexanizmləri qurulur, həm də potensialımızın daha çox açılması üçün imkanlar yaradılır. Ötən dövr ərzində AMEA – da da bir sıra islahatlar həyata keçirilmiş, struktur dəyişiklikləri edilmiş, yeni İnstitutlar yaradılmışdır. AMEA – nın ölkəmizin beynəlxalq aləmdə ciddi nüfuza malik olan Beyin Mərkəzinə çevrilməsi sahəsində fəaliyyəti Dövlətimiz tərəfindən bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Bir çox mühüm uğurlarımız qeyd etmək olar. Ölkə rəhbərliyinin İKT sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti hesabına xeyli nəaliyyətlərimiz vardır. Ölkəmiz indi kosmos dövlətinə çevrilmişdir. Artıq kosmik orbitdə uğurla fəaliyyət göstərən peyklərimiz həm iqtisadiyyatımızın, həm müdafiə qüdrətimizn artmasında olduqca mühüm rol oynayır. Neft, geologiya elmləri uğurla inkişaf etməkdədir. Ölkəmizin tarixinin obyektiv şəkildə öyrənilməsi üçün olduqca ciddi işlər görülmüş, ortaya dəyərli əsərlər qoyulmuşdur. Folklorumuzun, yazılı ədəbiyyatımızın, tarixi bədii mənbələrimizin öyrənilməsi sahəsidə beynəlxalq səviyyədə elmi əhəmiyyət daşıyan xeyli tədqiqatlar aparılmış, əsərlər yaranmışdır. Milli fəlsəfi mənbələrimiz daha əhatəli öyrənilməyə başlanmışdır. Ölkəmizdə multikulturalizmlə bağlı beynəlxalq əhəmiyyətli elmi sistem formalaşmışdır. Təbiət elmləri sahəsində də bir xeyli uğurlu nəticələrimiz vardır.
Beynəlxalq elmi əlaqələr, elmi əməkdaşlıq sahəsində də xeyli uğurlarımız vardır. Alimlərimiz tez-tez müxtəlif beynəlxalq elmi məclislərdə iştirak edir, yüksək indeksli jurnallarda məqalələrlə çıxış edir, nüfuzlu elmi jurnalların redaksiya heyətlərinin üzvü, ekspertləri seçilirlər. Artıq AMEA-nın İnstitutları, Universitetlər, digər elmi qurumlar dünyanın qabaqcıl ölkələrinin elmi Mərkəzləri ilə sıx əlaqə yaradır, onlarla birlikdə aktual layihələr üzərində işləyirlər. Son illər AMEA – da və digər elm müəssisələrində ABŞ-ın, Almaniyanın, İtalyanın və digər qabaqcıl ölkələrin nüfuzlu elmi mərkəzləri ilə birlikdə laborotoriyalar, işçi qruplar yaradılmışdır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması sahəsində mühüm işlər görülmüşdür. Bir çox başqa uğurlarımız barəsində də danışmaq olar. AMEA, Azad Həmkarlar İttifaqı da Akademyamızda bu uğurların sayının, miqyasının artması üçün daimi olaraq ciddi tədbirlər həyata keçirir. AMEA əməkdaşlarının hüquqlarının, sağlamlığının qorunması, istirahətlərinin təşkili, sosial problemlərinin həllinə kömək və s. işlər diqqət mərkəzimizdədir və bu sahədə xeyli uğurlarımız vardır.
Müasir dövrün tələbləri, dövlətimizin həyata keçirdiyi siyasət, ölkə prezidentinin çağrışları elmimizin, alimlərimizin qarşısında olduqca ciddi, aktual vəzifələr qoyur.
Qeyd etmək lazımdır ki, “Elm günü” nün qeyd olunması bütün dünyada, qabaqcıl ölkələrdə də qeyd edilir. Bununla bağlı həm beynəlxalq səviyyədə, həm də bir çox ölkələrdə tədbirlər həyata keçirilir. Hər bir ölkədə elm günü elmlə bağlı müxtəlif hadisələrin tarixinə uyğun olaraq müxtəlif günlərdə qeyd edilir. Məsələn Rusiyada Elm günü Rusiya Elmlər Akademyasının yarandığı gündə - 8 fevralda qeyd edilir.
Hər ilin 10 noyabr tarixi BMT tərəfindən Beynəlxalq elm günü kimi qeyd edilir. Belə günlərdə elmin sülh, tərəqqi sahəsində, yer üzünün taleyində, cəmiyyətin, insanların həyatında mühüm rolu qeyd edilir. Elmlə cəmiyyət arasında əlaqələrin daha intensiv şəkildə yaradılması məsələləri müzakirə edilir.
Beynəlxalq elm gününün qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
-İnsanlar arasında, cəmiyyətdə dinc və davamlı inkişaf üçün elmin əhəmiyyəti, rolu barədə informasiyaların daha çox yayılması;
-Müxtəlif ölkələr arasında elmi nəaliyyətlər sahəsindəki təcrübənin bölüşdürülməsi üçün milli və beynəlxalq həmrəyliyin təşviq edilməsi;
-Elmin cəmiyyətin mənafeyi naminə istifadəsinə dair milli və beynəlxalq öhdəlikləri yeniləmək;
-Elmin üzləşdiyi problemlər barədə cəmiyyətdə məlumatlılığı artırmaq və elmə dəstəyin səviyyəsini yüksəltmək.
Ölkəmizdə elmin sürətlə, uğurla inkişaf etdirilməsi üçün böyük potensialımız vardır. Orta əsrlərdə bu sahədə göstərdiyimiz böyük nəaliyyətlər, son yüz ildə yetişən alimlərimiz bu potensialın zənginliyi barədə təsəvvür yaradır. Müasir dövrdə elmimizin inkişafı bu potensialın daha çox üzə çıxmasına kömək edəcəkdir. Azərbaycan alimləri öz uğurları ilə həm ölkəmizin, həm də bütün yer üzünün inkişafında mühüm rol oynayacaqdır.
Elm günümüz mübarək!
Habil Qurbanov,
professor, AMEA, Azad Həmkarlar İttifaqının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024