Qubadlı Zəngəzurun azadlıq ruhudur
Tarix: 24-10-2025 | Saat: 12:07
Bölmə:Siyasət | çapa göndər

25 Oktyabr, Azərbaycanın şanlı tarixinin ən qürurlu səhifələrindən biri — Qubadlı Şəhəri Günüdür. 27 il sürmüş dərin bir həsrətdən sonra, bu qədim torpaq parçasının, Zəngəzur mahalının bu cənnət guşəsinin nəfəs aldığı gündür. Biz artıq yıxılmış körpüləri, dağılmış məscidləri, yandırılmış bağları xatırladığımız kədərli işğal günlərini yox, Azərbaycan Əsgərinin iradəsinin zəfər çaldığı bu unudulmaz tarixi bayram edirik.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı." Bu cümlə, Qubadlı əməliyyatının hərbi-strateji əhəmiyyətini bütün dərinliyi ilə ortaya qoyur.
Qubadlının coğrafiyası onun mübarizə ruhunun simvoludur. Qərbdən 120 km məsafədə Ermənistanla, digər tərəflərdən Laçın, Zəngilan, Cəbrayıl və Xocavəndlə əhatələnən bu rayonun səthi əsasən dağlıqdır. Məhz bu dağlıq relyef, Həkəri və Bərgüşad çaylarının ətrafındakı münbit “Yazı düzü” və “Gəyən” kimi düzənliklərlə birlikdə Qubadlını təkcə kənd təsərrüfatı (tütünçülük, heyvandarlıq) üçün deyil, həm də strateji hərbi mövqe baxımından əvəzsiz edirdi. Üstəlik, rayonun yəşəm, əqiq, mişar daşı yataqları onun iqtisadi potensialının zənginliyindən xəbər verirdi.
Lakin 1993-cü il 31 avqust işğalı nəticəsində 29997 qubadlılının didərgin düşməsi ilə bu potensial donduruldu. Ermənilərin Cenevrə konvensiyalarını pozaraq Xanlıq kəndində qanunsuz məskunlaşma siyasəti aparması isə mənfur niyyətin bir daha təsdiqi idi. Onlar rayonun 79812 hektar torpaq fondunda, o cümlədən 13160 hektar meşə sahəsində ekoloji terror törətdilər, 7 məscidi və 161 mədəniyyət obyektini yerlə yeksan etdilər.
2020-ci il Vətən müharibəsində Ordumuz məhz bu çətin coğrafiyada əsl qəhrəmanlıq dərsi verdi. Zəngilan və Cəbrayıl istiqamətindəki zərbələrdən sonra növbəti hədəf Qubadlı idi. Oktyabrın ortalarında başlayan Qubadlı əməliyyatı xüsusi hazırlıq tələb edirdi, çünki düşmən şəhərə hakim olan yüksəkliklərdə güclü müdafiə xətti qurmuşdu. Azərbaycan Əsgəri məhz bu yüksəklikləri hədəf aldı. Peşəkarlıq və fədakarlıqla həyata keçirilən bu əməliyyat nəticəsində Xanlıq, Padar, Sarıyataq kimi strateji kəndlər ələ keçirildi. Və nəhayət, 25 Oktyabrda Qubadlı şəhəri düşməndən tamamilə təmizləndi. Bu Zəfər Xankəndi, Şuşa və Laçın dəhlizi istiqamətindəki əməliyyatlar üçün açar rolunu oynadı, düşməni kapitulyasiyaya bir addım da yaxınlaşdırdı. Qələbənin davamı olaraq, noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edildi.
Qələbədən dərhal sonra Qubadlıda Böyük Qayıdışın təməli qoyuldu. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən quruculuq işləri artıq gerçəklikdir. Bu Qələbənin hər bir iştirakçısı 2020-ci il noyabrın 26-da təsis edilən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. Qubadlıda indi gələcəyə hesablanmış nəhəng layihələr icra edilir: enerji təchizatı üçün yeddi yeni yarımstansiya inşa edilir, onların gücü 40 meqavata hesablanıb. Əsas arteriya olan Qubadlı-Eyvazlı avtomobil yolu çəkilir, strateji əhəmiyyətli Yeni Qubadlı–Laçın avtomobil yolu isə sürətləndirilir. Sosial infrastruktur sahəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, 600 şagird yerlik məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməli qoyulur. Həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməli qoyulub. 27 oktyabr 2021-ci il tarixində yaradılan “Qubadlı” gömrük postu Ermənistanla sərhəddə dövlət suverenliyinin tam bərpası deməkdir. Qubadlının azad edilməsi prosesi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarətində olub. O, 23.12.2020-ci ildə Qubadlıda Azərbaycan bayrağını ucaltmış, 25.10.2021-ci ildə Xanlıq-Qubadlı yolunun və “Qubadlı” yarımstansiyasının açılışında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksini açmış və rayon ictimaiyyəti ilə görüşmüşdür. 04.05.2023-cü ildə isə şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, məktəbin, xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilmişdir.
Qubadlı bu gün sadəcə xəritədə azad olunmuş bir ərazi deyil. O, öz sahiblərinin qayıdacağı, tarixi iqtisadiyyatının bərpa olunacağı və Zəngəzurun ən müasir, inkişaf etmiş məskəninə çevriləcəyi bir gələcəyin simvoludur. Hər il bu gün bizə xatırladacaq ki, Azərbaycan xalqının qətiyyəti qarşısında heç bir qüvvə dura bilməz.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər