Mobil versiya
Xəzər dənizi bölündü
Tarix: 12-05-2016 | Saat: 12:12
Bölmə:Siyasət | çapa göndər




Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib.

Aia.az azvision.az-a istnadən bildirir ki, bu barədə "Caspian Energy" jurnalına müsahibəsində Rusiya prezidentinin Federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov məlumat verib.

Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan Bratçikov Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyanatını xatırladıb. O bildirib ki, altında Rusiya prezidentinin imzası olan bəyanatda "Xəzər dənizinin dibinin və təkinin bölünməsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında tərəflərin razılığı ilə aparılmalı" olduğu qeyd olunur.

"Əslində, işlərin yarısı artıq görülüb: Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib, həmçinin Qazaxıstan və Türkmənistanın dib sektorları arasında sərhədlər müəyyənləşdirilib", - Rusiya XİN-in xüsusi nümayəndəsi bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə