Rəşad Mahmudov: Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə xoşbəxt, firavan bir ölkənin vətəndaşı olmağının sevincini yaşayır
Tarix: 23-03-2022 | Saat: 11:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hər birimiz qüdrətli, nüfuzlu Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq. Ölkəmiz tarixin bütün zamanlarında indiki qədər güclü və yenilməz olmayıb. Uğurlu daxili və xarici siyasət, nəhəng iqtisadi layihələr beynəlxalq əlaqələrimizi genişləndirməklə yanaşı, ölkəmizi, həm də nüfuzlu tribunalarda söz sahibinə çevirib.
Şübhəsiz, bütün bunlar ümummilli lider Heydər Əliyevin düşünülmüş dövlətçilik strategiyasının məntiqi nəticəsidir. Müstəqilliyimizin əbədiliyini təmin edən, bizə ölkə, dövlət miras qoyan Heydər Əliyevin hər birimizin həyatında, sözün əsl mənasında, müstəsna xidmətləri var.
“AİA.Az” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.
Deputat qeyd edib ki, ölkəmizi Ulu Öndərin uğurlu strategiyası əsasında inkişaf etdirən Prezident İlham Əliyev xəyalımızdakı Azərbaycanı yarada bildi. Bəli, biz belə ölkə arzulamışdıq. Bu gün vətəndaşı olduğumuz ölkə milli maraqlara söykənərək tam müstəqil siyasət yürüdür. Milli maraqlarımızın təminatçısı olan bu siyasətlə 44 şərəfli gün ərzində Azərbaycan bütövləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Novruz bayramında Tərtərin Suqovuşan qəsəbəsinə səfəri Vətənə bağlılığın parlaq ifadəsi idi. Uzun müddət düşmən tapdağı altında qalan Suqovuşanın işğaldan azad olunmasından sonra müasirləşdirilməsi, yeni obyektlərin tikilərək istifadəyə verilməsi, heç şübhəsiz, dövlətimizin başçısının qayğısı nəticəsində mümkün olmuşdur. Bununla yanaşı, inşası nəzərdə tutulan yeni obyektlərin təməllərinin qoyulması, qarşıya qoyulan məqsədlərin qısa zaman ərzində reallaşdırılması istiqamətində Azərbaycan Prezidentinin verdiyi mühüm tapşırıqlar ölkəmizin qüdrətinin və dövlətimizin vətəndaşına qayğısının ifadəsidir.
Təbiətin qeyri-adi gözəlliyinə malik əsrarəngiz Suqovuşan qəsəbəsinin turizm potensialını yüksəltmək dövlətimizin başlıca hədəflərindən biridir. Heç şübhəsiz, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq turizm kompleksi gələcəkdə istər ölkə vətəndaşlarımız, istərsə də xarici turistlər üçün cəlbedici olacaq. Suqovuşanda 40 nəqliyyat vasitəsi üçün avtodayanacağın, turizm məlumat mərkəzinin və ictimai iaşə obyektinin yaradılması da nəzərdə tutulub ki, bu da bu əsrarəngiz məkanı turistlər üçün daha cəlbedici edəcək.
Prezident İlham Əliyevin Suqovuşan qəsəbəsində məzmunlu çıxışı da gələcək hədəfləri bir daha ortaya qoydu. Prezident, Müzəffər Ali Baş Komandanın bildirdiyi kimi biz gücümüzü, iradəmizi ortaya qoyaraq tarixi ədaləti bərpa etdik: “Şübhəsiz ki, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır”.
Əsas vəzifəmizin keçmiş məcburi köçkünləri tezliklə doğma diyara qaytarmaq olduğunu bildirən dövlətimizin başçısı bu istiqamətdə ciddi işlərin görüldüyünü diqqətə çatdırıb. Bu gün dağıdılmış, viran edilmiş torpaqlarımızda geniş vüsət alan tikinti-quruculuq işlərini ölkəmiz heç bir dövlətdən yardım almadan, öz daxili imkanları çərçivəsində reallaşdırır.
Xalqımız əmindir ki, işğal olunmuş torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunduğu kimi, onun rəhbərliyi ilə də gülüstana çevriləcək, vətəndaşlarımız doğma yurdlarına qayıdacaqlar.
Rəşad Mahmudov sonda bildirib ki, bu gün xalqımız İlham Əliyevin liderliyi ilə xoşbəxt, firavan bir ölkənin vətəndaşı olmağının sevincini yaşayır. Bütün bu misilsiz xidmətlərinə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıq mənəvi borcumuzdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2025