İdmançılarımız uzun illərdir Azərbaycanı dünyada uğurla təbliğ edirlər
Tarix: 19-03-2022 | Saat: 17:43
Bölmə:Siyasət | çapa göndər

Hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifədir. Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, sağlam düşüncə tərzi həm də tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir. Bu baxımdan, Azərbaycanda idman, xüsusilə gənclərin həyatında müstəsna rol oynayır. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişib, idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, bu sahədə yüksəlişin əsası qoyulub. 2003-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünyada idman sahəsi üzrə nüfuz qazanması istiqamətində mühüm addımlar atıb. Bu fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycan idman dövlətidir. Belə ki, həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda idmançılarımız təkcə öz güclərini deyil, dövlətimizin qüdrətini də nümayiş etdirirlər. Eyni zamanda, idmançılarımız uzun illərdir Azərbaycanı dünyada uğurla təbliğ edirlər.
Qeyd etmək lazımdır ki, dövlət başçısı İlham Əliyevin bu sahədə yorulmaz fəaliyyəti müstəqil Azərbaycanda idmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, eləcə də ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetləri müəyyənləşdirib.
Ötən son 10 il ərzində idman sahəsindəki uğurlarımıza nəzər salsaq, 2010-cu ildən bəri ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlara diqqət yetirsək, Azərbaycanın beynəlxalq idman mərkəzinə çevrilməsinin əyani şahidi ola bilərik. Bu nöqteyi-nəzərdən çıxış etsək, Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri I Avropa Oyunlarının Bakıda keçirilməsi olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətində başa çatdırdı və 2015-ci ildə Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq idman yarışlarının mərkəzi olması Avropa Oyunları ilə yekunlaşmayıb. 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2016-cı ildə Şahmat üzrə Dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Bədii gimnastika üzrə dünya çempionatı və digər beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib.
Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlara öz təsirini göstərir.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən qeyd etdiyi kimi, Azərbaycanda idman uğurla inkişaf edir və dövlətimizin qüdrətini nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, güləş üzrə çepmionatda Avropada birinci olmaq böyük nailiyyətdir: “Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”.
Qeyd edək ki, milli idman növü olan güləş bütün dövrlərdə Azərbaycanda öz güclü məktəbi ilə seçilib. Həm sovet, həm də müstəqillik dövrlərində güclü güləşçilərimiz olub və güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Gənc nəsil tərəfindən qorunan bu ənənələrin davam etdirilməsi nəticəsində Azərbaycanın bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevriləcəyinə əminlik var. İnkişaf etmiş Avropa ölkələri arasında birinci olmağımız da sübut edir ki, əldə edilən uğurlarımız təsadüfi deyil, o cümlədən idmançılara məşq üçün əlverişli şəraitin yaradılması onların böyük uğurlar əldə etməsini şərtləndirir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Belə ki, artıq ölkənin 50-yə yaxın bölgəsində müasir olimpiya idman kompleksləri inşa edilib. Həmin idman qurğularından səmərəli şəkildə istifadə olunmasını, bölgələrdəki istedadlı uşaqların düzgün seçilməsini və idmana, idman bölmələrinə cəlb olunmasını Azərbaycan Prezidenti vacib tapşırıq kimi müvafiq quurmların qarşısına qoyub. Eyni zamanda, dövlət başçısı Vətən müharibəsinin nəticəsi olaraq azad edilmiş torpaqlarda idman inkişafına da diqqət göstərməyin vacibliyini vurğulayıb: “Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir”.
Azərbaycan dünyanın elə dövlətlərindəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər xüsusi konsepsiyalara əsaslanır. İdman sahəsindəki uğurlu nəticələr də məhz milli konsepsiyaların, proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var.
Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülüb. Bu baxımdan, ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri mövcuddur. Həmin səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasına kömək edir. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Sonda bir daha qətiyyətlə vurğulamaq gərəkdir ki,. gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hisslərinin daim yüksək olması, Vətənə olan bağlılıq Vətən müharibəsində Qələbəmizi şərtləndirib. Beləliklə, 30 ildən sonra nəhayət, Azərbaycan idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Təkcə beynəlxalq arenalarda Dövlət Bayrağımızı dalğalandıran, Dövlət Himnini səsləndirən Azərbaycan vətəndaşları olan idmançılarımız deyil, bütün dünya azərbaycanlıları bu gün özlərini qürurlu və daha əmin hiss edirlər.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2025